beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Konstantinopol

Konstantinopol (yunan dilində: Κωνσταντινούπολις, Konstantinupolis, latın dilində: Constantinopolis, Osmanlı türkcəsində: Konstantiniyye) indiki İstanbul şəhərinin köhnə adı. 1930-cu ildə əksər qərb ölkələrində şəhərin hələ də Konstantinopol adlandırılmasına son qoymaq üçün Türkiyə Böyük Millət Məclisi şəhərin adını dəyişərək rəsmən İstanbul adlandırmışdır.Mündəricat
1 Tarixi
2 Konstantinopolun süqutu
3 Konstantinopolu işğal cəhdləri
3.1 İşğal cəhdləri
4 Həmçinin bax
5 Xarici keçidlər


Tarixi

İstanbul ərazisində yunanların indiki dörd koloniyası mövcud idi. Bunlardan ikisi Asiya qitəsində ikisi isə Avropa qitəsində yerləşirdi. Asiyadakı koloniyalar Xalkedon (yunan dilində: Χαλκηδών, türk dilində: Kadıköy) və Skutari (yunan dilində: Σκουτάρι, türk dilində: Üsküdar) bölgələrində yerləşmişdi. Avropadakılar isə İasonion (yunan dilində: Ἰάσωνιον, türk dilində: Beşiktaş) və Bizantion (yunan dilində: Βυζάντιον, latın dilində: BYZANTIVM, Bizantium) adlanırdı.

IV əsrin əvvəllərində Roma İmperatora I Konstantin paytaxt kimi Nikomediya şəhərindən razı qalmadığı üçün Bizantion koloniyasının yerində yeni paytaxt şəhərinin salınması barədə göstəriş vermişdir. 330-cu ildə şəhərin rəsmi açılışı olmuşdur. Banisinin şərəfinə Konstantinopol adlanan bu şəhər 330-395-ci illərdə Roma İmperiyasının, 395-1204 və 1261-1453-cü illərdə Bizans və ya Şərqi Roma İmperiyasının, 1204-1261-ci illərdə səlibçilər tərəfindən qurulmuş Latın İmperiyasının, 1453-1922-ci illərdə isə Osmanlı dövlətinin paytaxtı olmuşdur.

Şəhər öz tarixi boyu bir çox mühasirələrə məruz qalsa da, onun möhkəm qala divarları yalnız iki dəfə – IV Səlib yürüşü (1204) və İstanbulun fəthi (1453) zamanı şəhər müdafiəçilərinin etimadını doğrultmamışdır.

Konstantinopolun süqutu

Fausto Zonaronun "İstanbulun Fəthi" əsəri

Konstantinopolun süqutu – 1453-cü il may ayının 29-da Sultan II Məhmətin başçılığı ilə Osmanlı ordusunun aylarla mühasirədə saxladığı Konstantinopol (indiki İstanbul) şəhərini fəth etməsi. Konstantinopolun fəthindən sonra Osmanlı dövləti İmperiya olmuş, 21 yaşlı Sultan II Məhmət "Fateh" ləqəbi alaraq Fateh Sultan Məhmət adlandırılmışdır. Konstantinopolun süqutu ilə tarixin ən qüdrətli imperiyalarından biri olan Bizans İmperiyası dağılmışdır

Konstantinopolu işğal cəhdləri

Qara dəniz ve Aralıq dənizini bir-biri ilə əlaqələndirən mühim dəniz yolu üzərində yerləşən Konstantinopol şəhəri tarix boyu dəfələrlə mühasirə olunmuş və işğalına cəhd edilmişdir. 1453-cü ilə qədər ayrı-ayrı zamanlarda avarlar, ərəblər, avropalılar və türklər tərəfindən hücuma məruz qalan şəhər möhkəm qala divarları və yunan odu sayəsində bu cəhdlərin qarşısında duruş gətirə bilmişdi. Şəhər öz tarixi boyu yalnız iki dəfə – 1204 və 1453-cü illərdə zəbt edilmişdir.

İşğal cəhdləri
616-cı il – İran hökmdarı Keyxosrov
626-cı il – İranlılar və avar türkləri
672-ci il – Əməvi xəlifəsi Müaviyyə
712-ci il – Əməvi xəlifəsi I Vəlid
722-ci il – Əməvi xəlifəsi I Vəlid (yalnız Qalata limanı alınmış, burada məscid inşa edilmişdir).
782-ci il – Abbasilər
854-cü il – Abbasi xəlifəsi Mütəvəkkil
864-cü il – Ruslar (vikiqlər)
869-cu il – Abbasilər
936-cı il – Ruslar (vikinqlər)
959-cu il – Macarlar
970-ci il – Abbasilər
1204-cü il – Səlibçilər
1302-ci il – Venesiyalılar
1348-ci il – Cenovalılar
1391-1396-cı illər – Osmanlı sultanı I Bəyazid
1412-ci il – Osmanlı sultanı Musa Çələbi
1422-ci il – Osmanlı sultanı II Murad
1437-ci il – Genuyalılar
1453-cü il – Osmanlı sultanı II Məhmət


Tarix: 03.03.2013 / 16:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 327 Bölmə: Dunya ve tarixi