Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arqun xan

Arqun xan (1284-1291), Elxanlı sultanı, Abaqa xanın oğlu

Mədəniyyət və quruculuq

Arqun xanın hökmranlıq çağından başlayaraq Elxanlıların tikdirdiyi binalar diqqəti cəlb edir. Arqun xan Təbrizin qəbrində "Şənb" kəndində müxtəlif binalar tikdirir. O bütpərəst olduğuna görə, tikdirdiyi binalar içərisində bütpərəst məbədləri üstünlük təşkil edir. O abadlq işlərinə də xüsusi fikir verirdi. Şərviyazda sonralar Sultaniyyə adlanan şəhərin və Təbrizin qərbində gözəl tikintilər olan şəhərciyin bünövrəsini qoyur. O, bu şəhərciyə "Arquniyyə" adını verir.

Arqun xanın hakimiyyəti dövründə xəttatlıq inkişaf etmişdi. Belə xəttatlardan biri Şəmsəddin ibn Ziyəddin Zuşəki idi. Qeyd etmək lazımdır ki, Şəmsəddin həm də Elxanlılar hakimiyyətinin şöhrətli vəzirlərindən olub. O, öz dövrünün nüfuzlu alimi kimi tanınmış, şeirlər, risalələr yazmışdır. Təbrizdə Arqun xanın əmri ilə e’dam olunmuşdur.

Ailəsi
Oğulları
Qazan xan
Sultan Məhəmməd Xudabəndə Olcaytu xan
Yisun Teymur
Xitay oğul
Qızları
Ölcaytay xatun, öncə Qunçuqballa, sonra Ağbuğa ağa Cəlayırla ailə qurmuşdu.
Ölcay Teymur xatun, öncə Tükəllə, sonra Qutluqşah noyanla ailə qurmuşdu.
Qutluq Teymur xatun
Dilənçi xatun


Tarix: 03.03.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 305 Bölmə: Dunya ve tarixi
loading...