beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oktavian Avqust

Oktavian Avqust (Qay Oktavi, E.ə. 44 ildən Qay Yuli Sezar Oktavian, E.ə. 27 ildən Qay Yuli Sezar Oktavian Avqust) (E.ə. 63, 23 sentyabr - eramızın 19 avqust, 14) ilk Roma imperatoru (Yulilər-Klavdilər sülaləsindən, E.ə. 27 - eramızın 14 il), Yuli Sezarın oğulluğu. O, Sezarın qatilləri Brut və Kassini məğlub etmiş, Sekst Pompey ilə müharibədə qələbə çalmışdır (E.ə. 36). Aksi yaxınlığında vuruşmada (E.ə. 31) Mark Antoni və Kleopatraya qalib gəlmişdir. Avqust hakimiyyətinin ilk illərində işğalçılıq müharibələri aparmış, özgə torpaqlarını fəth etmişdir. Misiri Romanın əyalətinə çevirmişdi. Misirdən qayıtdıqdan sonra senat Oktaviana Avqust (Müqəddəs) adı vermiş, bununla da hakimiyyət əslində onun əlinə keçmişdi. Avqustun verdiyi qanunların bir çoxu quldarlığın daha da möhkəmlənməsinə yönəldilmişdi. Avqust Romada respublika quruluşunu formal saxladı. Orduya arxalanan Avqust hərbi diktatura yaratmışdı. Avqustun yaratdığı dövlət idarə sistemi prinsipat adlanırdı. Avqust İspaniyanın şimal-qərbinini, Dunayboyu vilayətləri və s. yerləri imperiyaya birləşdirmişdi. Avqust dövründə Romada böyük tikinti işləri aparılmış, ədəbiyyat yüksək inkişafa çatmışdı.

Yuli Sezarın öldürülməsiMündəricat
1 Həyatı
2 Yuli-Klavdi sülaləsinin zaman xətti
3 Mənbələr
4 Xarici keçidlər


Həyatı

Avqust Sezar tarixə Roma İmperiyasının əsasını qoymuş imperator kimi düşmüşdür. Məhz o, e.ə. birinci yüzillikdə Romanı dağıdan vətəndaş müharibələrinə son qoyaraq, 200 il əarzində ölkənin sabitliyinə və çiçəklənməsinə səbəb olmuş yeni Roma hökuməti təşkil etmişdir.

Mark Antoni və Kleopatra

Qay Oktavi(us) (əsasən Oktavian kimi tanınan; 35 yaşında ikən Avqust (titul)u almışdır) e.ə. 63 cü ildə anadan olmuşdur. O, gənc yaşında ikən Romanın məşhur siyasətçisi olmuşdur. Yuli Sezarının öz evladı olmadığından bacarıqlı gənc Oktavianı oğulluğa götürərək, siyasi kariyerasında ona köməklik göstərmişdir. Belə ki e.ə. 44 cü ildə Yuli Sezar öldürüldükdə gənc tələbə Oktavianın 18 yaşı var idi. Yuli Sezarın ölümü Romanın müxtəlif hərbi və siyasi qurupları arasında çəkişmələrə səbəb olmuşdur. Oktavian tezliklə Sezarın bir neçə legiyonunun dəstəyini qazana bilmişdir. Lakin ordunun əksəriyyəti Mark Antoniyə üstünlük verirdilər. Nəticə etibarilə Qərbi Roma Oktavianın, Şərqi Roma isə Antoninin təsir dairəsində qalmaqda davam edirdi. Bu vəziyyət bir müddət sürdükdən sonra Antoninin Kleopatra ilə sevgi romanına başının qarışmasından istifadə edən Oktavian öz mövqelərini bir daha möhkəmləndirdikdən sonra Antoniyə müharibə elan edir. Aksium burnu yaxınlığındakı məhşur dəniz döyüşündə Oktavian qələbə çalır. Antoni və Kleopatr ozlərinə qəsd edərək ölürlər.


Qəddarlıqla hakimiyyətə gələn Oktavian sülhsevərlik göstərərək senatorları sakitləşdirmək üçün e.ə. 27 ci ildə respublikanın bərpa olunduğunu elan edir və bir çox səlahiyyətlərini yerə qoyur. Lakin əsas ordunun yerləşdiyi İspaniya, Qaliya, Suriya üzərindəki hıkumranlığı öz əlində saxlamaqla faktiki hakimiyyəti öz əlində saxlamış olur. Senat onun Avqust (titul)u almasına səs versə də o, monarxlığı qəbul etmir. Roma respublika olaraq qalır. Avqust sadəcə Prinseps (ilk və ya birinci vətəndaş) statusuna malik olmuş olur. Gulaqasımlı senat onun bütün qərarlarını təsdiqləməyə hazır idi. Faktiki o diktatora çevrilmiş olur. e.ə. 14 cü ildə onun ölümündən sonra vərəsəliklə Avqust titulu öğulluğuna keçməklə Roma respublikadan monarxiyaya keçmiş olur. Oktavian Romanı 40 il idarə etmişdir. Onun apardığı siyasət uzun müddət Avropada iz butaxmışdır. Onun vaxtında Roma ordusu İspaniyanı, İsveçrəni, Qalatiyanı (Kiçik Asiyanı) fəht etmiş olur. Romanın şimal sərhədləri Reyn və Dunaya qədər çatmış olur.

Aksium burnu yaxınlığındakı məhşur dəniz döyüşündə Oktavianın qələbəsi

Avqust çox bacarıqlı inzibatçı olmuşdur. O vergi və maliyə sistemində təftəş və islahatlar keçirmişdir. O, ordunu yenidən quraraq daimi donanma yaratmışdır. O, eyni zamanda şəxsi mühafizə dəstəsini – pretorian qvardiyasını yaratmışdır. Onun yamanında Romada çoxlu yollar salınmış, ictimayi binalar, məbədlər tikilmiş, şəhərin yeni strukturu qurulmuşdur, nigah və uşaqların tərbiyəsi haqqında qanunlar qəbul edilmişdir. Bu dövr Roma ədəbiyyatının qızıl dövrü sayılır. Bu illər məhşur böyük şair Verqili, yazıçılat Qorasi, Tit Liviy yaşamışlar. Onun öz övladı olmadığından Tiberi oğulluğa götürmüş və varisi elan etmişdir.


Tarix: 05.03.2013 / 13:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 546 Bölmə: Dunya ve tarixi