beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini şeir

Allah möhtac etmə bizi kimlərə?
Dini tapdalıyan o zalimlərə,
Düşsəndə elindən uzaq ellərə,
Dua et yalvar sən təkcə Allaha.

Yıxıldın çalışki özün durasan,
Dünyada bir işin olmasa asan,
Sən çalış şeytannan uzaq qaçasan,
Dua et yalvar sən təkcə Allaha.

Düşdüsə bir işin sənin cəncələ,
Uca yaradana sən dua elə,
Deyirsən çətindi deyirsən belə,
Dua et yalvar sən təkcə Allaha.

Günahkar bəndəsən səndə mənim tək
Tövbə et dinə gəl səndə mənim tək
Qurban de canıvı dinə mənim tək
Dua et yalvar sən təkcə Allaha.

Şükür eylə səndə gözəl Allaha,
Qəlbini sən çalış bağla Allaha,
Hər qüssə dərdini söylə Allaha,
Dua et yalvar sən təkcə Allaha.


Tarix: 26.12.2014 / 15:57 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: DİNİ ŞEİRLƏR