beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm xoş gəldin

Bu nə taleh bu nə yaşdı,
Xoş günlər ağlını çaşdı.
Gözə gözdü,qaşa qaşdı,
Ölüm xoş gəldin xoş gəldin.

Tükən, səbrim kasasına,
Hər gah dözməz,duasına.
Çökdüm,gözüm qarasına,
Ölüm xoş gəldin xoş gəldin.

Gözə dəydin,qaşa dəydin,
Ağlımla, baş-başa dəydin.
Səngiməyib qəddim əydin,
Ölüm xoş gəldin xoş gəldin.

Qucaq açdım,yenilmədim,
Düyün olub, döyülmədim.
Düşmən oldum,əyilmədim,
Ölüm xoş gəldin xoş gəldin.

Bivəfaya bu dünya dad,
Sevgi acı, qılar, fəryad.
Deyilmişsən qapıma yad,
Ölüm xoş gəldin xoş gəldin.

Dünya aman dünyasıdır,
Ayrılıq həsrət yasıdır.
Ölüm,ömrün ziyasıdır,
Ölüm xoş gəldin xoş gəldin.


Tarix: 26.12.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: DİNİ ŞEİRLƏR