beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahdır Əkbər

Allah,sən bizləri şeytandan qoru.
Hər yerdə atılır,şeytanın toru.
İtaət fərq etməz,ədəbi,loru
Dilimiz eynidir,qəlbimiz duru.
Şeytanı qovarıq,söyləsək əgər,
Dünyada yalnızca,Allahdır Əkbər!

Ər-Rahmən,tək sənsən,rəhminlə uca.
Günah əməlimiz,var bizim bunca.
Xeyir əməllərdən,bizlər doyunca,
Əmr et öldür bizi,buyur Əl-Qabiz.
Şeytana uyub,günah eyləmədən biz.

Əl-Hadi,hidayət eylə bizlərə.
Yolumuzdan azdıq,yollar dağ-dərə.
İman gətirdikdə,biz Əz-Zahirə,
Doğru yolu tapıb,haqqa gedirik.
Əş-Şükür,sənə çox şükür edirik.


Tarix: 26.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: DİNİ ŞEİRLƏR