beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şükr elə

Yoxsulluq,bir tikə çörəyə bağlı,
Sabahı aclıqla gələnlərindir.
Şükür ilə,göz açan yoxsulları,
Allah,zənginliklə dəyərləndirir.

Şeytanı üz,şükrün ərşəyə qalxmış,
Genişlikdə,ucalıq varmı belə?
Dara düşsən,namaz vaxtına qalmış,
Səcdəyə gəl,min duayla şükr elə.

Şərrə uyub,olma nəfsinin qulu,
Nəfsini yen,Bismillah gətir dilə.
Şeytan sevmir,şükür edən yoxsulu,
Bir Bisimillah çək ürəkdən,şükr elə.

Başına gəlsə də,hesabsız bəla,
Hesaba baxmadan,sığın Rəhmana.
Aç əlini,pak qəlbini al ələ,
Rəhmiylə Rəhman olana,şükr elə.


Tarix: 26.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: DİNİ ŞEİRLƏR