beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haqq yolu

Bu yol kedər-gəlməz yoldu, deyəsən,
Bu yolun yolçusu boldu, deyəsən,
Neçəsi yarıda qaldı, deyəsən,
Neçəsi axırda üzü ağ oldu.

Dörd əlli tutdular əhddən, inamdan,
Kömək ummadılar suda samandan,
Zülm ilə qurtarıb pisdən, yamandan
Yurdunda, elində üzü ağ oldu.

Bir zaman millətin, mərdin paxılı,
Gördü ki, açılır işin paxırı,
Bilinir hər işin əvvəl-axırı,
Yüz yerə qol atan quru tağ oldu.

Həsrətdr, əzabdır bu yolun yükü,
Ya haqdır, ya ölüm axırı, kökü,
Mismar çal, qanmazın tərpənməz tükü,
Nə olsun əkdiyi bağça, bağ oldu.

Kim qənim kəsibdir namərdi mərdə,
Tablaşmaq çətindir əbədi dərdə,
Ürəyi sudan saf, sözləri sərtə,
Böhtanlar ocağa daman yağ oldu.

Qiyməti itmədi axan qanların,
Bu yola üz tutub inananların,
Həyatda əbədi yaşayanların,
Hamısı bu yola bir qonaq oldu.


Tarix: 26.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: DİNİ ŞEİRLƏR