beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybətçil insanlara

Hər kəsin adına o qara yaxır
Özünün səhvinə elə kor baxır
Hər sözün sonuna bir quyruq taxır
Həyatı kirlədir qeybətçil insan.

Hamıya yalandan məlumat verir
Kiminsə xeyrini onlar istəmir
Hər kəsdən yaxşısı özüməm deyir
Həyatı kirlədir qeybətçil insan.

Tanrının önündə hesab verəcək
Cəhənnəm odunu onlar görəcək
Necə günah olduğunu onda biləcək
Həyatı kirlədən qeybətçil insan.


Tarix: 26.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: DİNİ ŞEİRLƏR