beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm Mələyi

Zamanı gələndə,ölüm mələyi,,
Bilirəm mənə də,qonaq gələrsən,
Deyirlər,sən elə qorxulusan ki,
Qorxundan,ruhlar da,çıxır bədəndən..

Gələndə,seyr edib,bu bədənimi,
Piano çalmağın,ruhuma bəsdir,,
Mələk heç,qorxulu don geyinərmi,..
Mələyə yaraşan,o gözəl səsdir…

İstərəm,başımda duran dost tanış,
Hərə şeir desin,pak ürəyindən,.
Sən isə,piano çalmağa,çalış.,
Ruhum qanadlansın-uçsun yerindən..

Musiqi ruhumun saf qidasıdır.,
Qoymaram,ac halda,ayrılıb getsin.
Hüzünlü bəstələr,əlvidasıdır,
Hüzündən ifa et,əlvida etsin..

Elə bir mənzərə seç ki,əzizim,
Dalğalar titrəsin,çaldığın zaman..
Ruhum notlarını etdikcə həzim,
Həzminə su olsun,tar ilə kaman..

Bütün mələklərin nakam gözəli,
Özün ol,hicrana qonaq gələndə,
Ruhum aşiq olub,tərk etsin məni,
Sorğuya üz tutsun əli-əlində…

Şairlik daşınmaz,əzablı yükdür,.!
Onu çiyinlərdə,daşımaq olmaz.!
Tez yetiş,əzablar belimi bükür. !..
Bu qədər əzabla,yaşamaq olmaz..


Tarix: 26.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: DİNİ ŞEİRLƏR