beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda ailədə dava cinsi əlaqələrin pozulmas

>>>>> Azərbaycanda ailədə dava cinsi əlaqələrin pozulmasından əmələ gəlir <<<

.....Bütün dövrlərdə ailələrin dağılması mövzusu problem olub və bunun səbəbləri araşdırılıb. Ailədə problemə səbəb olan məsələrdən biri də evli tərəflər arasında müxtəlif cəhətdən uyğunsuzluqlardır. Belə ki, amerikalı Ketrin Bimen Devis sorğu aparmaq məqsədi ilə minə yaxın ərli qadını öz intim həyatlarına dair bir sıra suala cavab verməyə razı salmışdır. Sorğudan sonra Devis inamla bəyan etmişdir ki, pozulmuş nigahların 50%-dən çoxunun səbəbi fiziki uyğunsuzluqdur. Araşdırmaya əsasən, qeyd edək ki, ailədəki uyğunsuzluqlar 4 səbəbdən doğurur :

1. Seksual uyğunsuzluq;
2. Boş vaxtı necə keçirməyə dair fikir ayrılığı;
3. Əqli, fiziki və emosional anormallıq;
4. Maliyyə çətinlikləri;
Ancaq gördüyünüz kimi, bunların arasında birinci yerdə cinsi münasibətdəki uyğunsuzluq durur. Qəribə də olsa, maliyyə problemi ən sonuncu yerdə dayanır. Boşanma məsələləri üzrə mütəxəssislərin hamısı seksual uyğunluğun çox vacib olması fikrindədilər.
İntim münasibət ailə həyatının yalnız bir təlabatıdır, lakin bu təlabat lazımi qaydada ödənmədikdə digər təlabatlar da bərbad vəziyyətdə olur. Sentimental utancaqlıq ailə həyatının bütün aspektlərini və praktikasını obyektiv şəkildə müzakirə etmək bacarığı ilə əvəz edilməlidir. Mütəxəssislərin fikrincə isə, bu qabiliyyəti əldə etmək üçün isə savadlı yazılmış kitabların köməyindən yaxşı heç nə yoxdur.Beləliklə, ailə həyatını xoşbəxt etmək üçün 1-ci qayda budur. - Nigahın Seksual aspektləri haqda kitab oxumaq.Daha bir araşdırma nəticəsində isə seksual uyğunsuzluqdan qadınların daha çox ayrılmaq qərarı verdiyi məlum olub. Müəyyən olub ki, yaşı 18-50 arasında olan xanımların 20%-i həyatının hansısa hissəsində seksual uyğunsuzluq üzündən boşanır və ya sevgilisindən ayrılır. Kişilərin qadınlara münasibətində vəziyyət fərqlidir: seksual uyğunsuzluq üzündən xanımından ayrılan kişilər 14% təşkil edir.Maraqlılır ki, həm kişilərin, həm də qadınların 20%-i münasibətlərdə seksin əsas şərt olmadığını, uyğunsuzluğa baxmayaraq, münasibətlərin davam etdirilməsinin mümkün və lazım olduğunu düşünür. Lakin ər-arvad həyatının çox mühüm bir sahəsi onların intim münasibətləri ilə bağlıdır. Məhz bu münasibətlər sahəsində ərlə-arvad bir-birini təmin etmədikdə ailədə söz-söhbət, dava-dalaş üçün şərait yaranır, ailə münasibətləri tədricən pozulmağa başlayır, kişi və ya arvad evdən soyuyur, hətta kişinin gözü başqa qadınlarda qalır.
Həkimlər bunu seksual uyğunsuzluq kimi qiymətləndirirlər.
Ailələrin dağılmasının ən başlıca səbəbi olan seksual uyğunsuzluğu aradan götürmək üçün psixoloqlar bu sahədə daha çox bilgi toplamağı tövsiyyə edir. Seksual bilgisizlik ən çox qadınlarda təsadüf edilir. Amma qadınlar onu da yaddan çıxarmamalıdırlar ki, bu sahədə çox bilmək, əks cinsin bildiyindən də çox olmalıdır.
Psixiatr Elmir Əkbər isə vurğulayır ki, ümumiyyətlə, ailənin möhkəmliyində bir neçə səbəb vacibdir: “Burada təbii olaraq kişi və qadının bir-birlərinə güzəştə getmələri lazımdır, kənar müdaxilələrin olmamağı əsasdır. Ancaq ilk növbədə onların arasında ilkin səmimiliklərinin olması labüddür. Bizdə cütlüklər çox vaxt məlumatlı olmurlar. Məsləhətdir ki, ailə qurmamışdan öncə həm qadınlar, həm də kişilər mütəxəssisə müraciət etsinlər, konsultasiyalar aparsınlar. Çünki ailə qurduqdan sonra görürsən ki, hər hansı xırda problemləri böyük problemə, dərdə çevirilər. Nəhayətində bundan ötrü ailələr dağılır. Mahiyyətcə kökündə çox cüzi səbəblər dayanır”. Onun sözlərinə görə, ailədə intim münasibət düzgün deyilsə, o ailədə möhkəmlik də olmur. Belə ki, qadınla kişinin arasında tam səmimilik olmalıdır: “Tərbiyəsizlik yox, açıqlıq və səmimilik… Xaricdə belə bir dərs var, cinsi inkişaf dərsləri. Bizdə belə tədris olmadığına görə ailə münasibətlərində bu kimi müəyyən problemlər ortaya çıxır”


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Cinsel Bilgiler