beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsiyyet orqanları

Cinsiyyet orqanlarına kişi ve qadın cinsiyyet orqanları aiddir. Kişi cinsiyyet orqanları. Kişi cinsiyyet orqanları menşe cehetce iki qrupa bölünür: 1) daxili cinsiyyet orqanları; 2) xarici cinsiyyet orqanları. Kişi daxili cinsiyyet orqanlarına xayalar, xaya artımları, toxumdaşıyıcı axacaqlar, toxum kisecikleri, prostat vezi, xarici cinsiyyet orqanlarına ise kişi cinsiyyet üzvü, sidik kanalı ve xayalıq aiddir. Xaya. Xayalar yastılaşmış ellipsoid şeklinde cüt kişi cinsiyyet vezileri olub, xayalıqda yerleşir ve özü de kişi cinsiyyet hüceyresi – spermatozoid ve cinsiyyet hormonunu ifraz edir. Her bir xayanın çıxıq bayır ve basıq içeri sethi, ön ve arxa kenarı, yuxarı ve aşağı ucu vardır. Xaya artımı. Xaya artımı retortayabenzer orqan olub, xayanın arxa kenarına söykenir. Xaya artımı daxili quruluşca xayadan gelen 12-15-dek aparıcı axacaqlardan ibaretdir. Bu axacaqlar xaya torundan başlanaraq, xaya artımının başına daxil olur, onun kütlesinde bir neçe defe qıvrılaraq xaya artımı paycıqlarını emele getirir. Aparıcı axacaqlardan en yuxarıdakı uzun olub, yerde qalan axacaqları qebul ederek, xaya artımı axacağını teşkil edir. Xaya artımı axacağından toxumdaşıyıcı axacaq başlanır. Toxumdaşıyıcı axacaq. Toxumdaşıyıcı axacaq 50-60 sm uzunluğunda silindrebenzer bir borudur. Toxumdaşıyıcı axacaq xaya artımı axacağından başlanaraq, onun içeri terefile yuxarı gedir ve xayanın ucu beraberinde toxum ciyesine çatır. Sonra toxum ciyesinin terkibinde qasıq kanalına keçir ve onun derin halqasından kiçik çanağa enir. Belelikle, toxumdaşıyıcı axacaq gedişine göre dörd hisseye bölünür: 1) xaya hissesi, 2) ciye hissesi, 3) qasıq hissesi, 4) çanaq hissesi. Çanaq hissesi düz bağırsaqla sidik kisesinin arasından keçib, sidik kisesinin dibine çatır. Burada toxumdaşıyıcı axacağın ucu genelerek, onun ampulunu emele getirir. Bu da tedricen daralaraq, prostat vezinin yuxarı kenarı beraberinde toxum kiseciyinin çıxarıcı axacağı ile birleşir ve toxumtullayıcı axacağı emele getirir. Toxumtullayıcı axacaq 1,5 – 2 sm uzunluğunda olub, prostat vezini arxa terefden delir ve sidik kanalının prostat hissesine açılır. Toxumdaşıyıcı axacaq xayadan ta qasıq kanalının derin halqasına qeder bir sıra damar (xaya arteriya ve venaları) ve sinirlerle müşayiet olunur ki, bunlar da hamısı birlikde toxum ciyesini emele getirir. Toxum kisecikleri. Toxum kiseciyi 5 sm uzunluğunda cüt orqan olub, sidik kisesinin dibi ile düzbağırsaq arasında, toxumdaşıyıcı axacaq ampulunun bayır terefinde yerleşir. Toxum kiseciyinin aşağı ucu nazikleşerek, toxumçıxarıcı axacağa keçir ki, bu da toxumdaşıyıcı axacaqla birleşerek, toxumtullayıcı axacağı emele getirir. Hemin axacaq sidik kanalının prostat hissesine açılır. Prostat vezi. Prostat vezi bozumtul rengde, şabalıdabenzer orqan olub, sidik kisesinin altında yerleşir, ön terefden qasıq bitişmesine, arxadan düz bağırsağa ve aşağıda sidik-cinsiyyet diafraqmasına söykenir. Prostat vezinin parenximası 30-50 paycıqdan teşkil olunmuşdur. Prostat vezi quruluşca başqa vezilerden kütlesinde saya ezele liflerinin olması ile ferqlenir. Bu vezinin ifraz etdiyi şire – ağımtıl zülali maye, xüsusi qoxuya malik olub, koitus (cinsi elaqe) zamanı ifraz olunaraq spermaya qarışır ve spermatozoidlere tesir ederek, onları herekete getirir. Kişi cinsiyyet üzvü. Kişi cinsiyyet üzvü xarici cinsiyyet orqanlarına aid olub, vezifesi spermanı (toxumu) qadın cinsiyyet orqanlarına tökmek ve sidiyi xarice çıxarmaqdır. Kişi cinsiyyet üzvü quruluşca cinsiyyet üzvünün iki eded mağaralı cisminden ve cinsiyyet üzvünün süngerebenzer cisminden teşkil olunmuşdur. Her bir mağaralı cisim birleşdirici toxuma qişasına malikdir ki, bu da içeriye doğru arakesmeler vererek, bir çox boşluqlara bölünür. Bu boşluqlar qanla dolu olur. Qadın cinsiyyet orqanları. Qadın cinsiyyet orqanları da kişi cinsiyyet orqanları kimi iki qrupa bölünür: 1) daxili cinsiyyet orqanları, 2) xarici cinsiyyet orqanları. Qadın daxili cinsiyyet orqanlarına yumurtalıqlar, uşaqlıq, uşaqlıq boruları, uşaqlıq yolu aiddir; bunlar kiçik çanaqda düz bağırsaqla sidik kisesi arasında yerleşir. Xarici cinsiyyet orqanlarına qasıq dağcığı, böyük ve kiçik cinsiyyet dodaqları, klitor, uşaqlıq yolu dehlizi, dehliz soğanağı, dehliz vezileri ve qızlıq perdesi aiddir. Yumurtalıq. Yumurtalıq cüt qadın cinsiyyet vezisi olub, kiçik çanaqda, uşaqlığın yan tereflerinde ve uşaqlığın enli bağının arxasında yerleşir. Her bir yumurtalıq ellips şeklinde olub bayır ve içeri, serbest ve müsariqe kenarı, boru ve uşaqlıq ucu vardır. Yumurtalığın uşaqlıq ucu onun xüsusi bağı vasitesile uşaqlığın cismine bağlanır. Yumurtalığın serbest kenarı çıxıq olub arxaya baxır, düz kenarı ise öne doğru baxaraq uşaqlığın enli bağına bitişir. Düz kenarında onun qapısı yerleşir, buradan ise daxiline qan damarları keçir. Yumurtalığın bayır sethi qövsi xettin altında çanağın yan divarına söykenir, içeri sethi ise uşaqlıq borusuna baxır ve uşaqlıq borusu saçaqları ile örtülmüş olur. Yumurtalığın kütlesi iki qatdan – qabıq maddeden ve beyin maddeden ibaretdir. Qabıq maddede qadın cinsiyyet hüceyresi – yumurta emele geldiyi üçün o, yumurtalığın en ehemiyyetli hissesi hesab olunur. Büluğ dövründen başlayaraq, ayda bir defe, her 28 günden bir ilk follikul inkişaf ederek, yetişmiş follikula çevrilir. Tam yetişmiş follikul yumurtalığın sethine yaxınlaşır, divan nazikleşdiyi üçün içerisindeki mayenin tezyiqine davam getirmeyib partlayır ve mayenin tezyiqi neticesinde yumurta xarice, yeni periton boşluğuna tullanır. Periton boşluğuna tullanan yumurta hüceyresi uşaqlıq borusu qıfının saçaqları vasitesile tutularaq, uşaqlıq borusuna, oradan ise uşaqlığa daxil olur. Qadın cinsi elaqede olmuşsa, yumurta hüceyresi mayalanır ve hamilelik emele gelir. Yumurta mayalanmırsa, telef olur ve növbeti aybaşı olur. Yumurtalığın vezifesi cinsi yetişkenlik dövründen başlayaraq qadın cinsiyyet hüceyresi ve cinsiyyet hormonu ifraz etmekdir. Uşaqlıq borusu. Uşaqlıq borusu 10 – 12 sm uzunluğunda silindrebenzer cüt orqan olub, uşaqlığın yan tereflerinde, enli bağın yuxarı kenarında yerleşir ve yumurtalıqdan yumurta hüceyresini uşaqlığa keçirir. Uşaqlıq borusu uşaqlıq, uşaqlıq yolu ve xarici cinsiyyet orqanları vasitesile periton boşluğunu xarici mühitle birleşdirir. Belelikle de qadınlarda periton boşluğu xarici mühitle rabitede olur. Uşaqlıq. Uşaqlıq yastılaşmış armudabenzer tek ezelevi orqan olub kiçik çanaqda, düz bağırsaqla sidik kisesinin arasında yerleşir. Uşaqlığın vezifesi döllenmiş yumurtanı müeyyen vaxt öz daxilinde beslemek ve döl yetişdikden sonra yığılaraq onu xarice çıxartmaqdır. Uşaqlıq yolu. Uşaqlıq yolu 8 – 10 sm uzunluğunda, önden-arxaya doğru yastılaşmış kanal olub, uşaqlığı xarici cinsiyyet orqanları ile birleşdirir. Uşaqlıq yolunun aşağı ucu uşaqlıq yolu gireceyi vasitesile uşaqlıq yolu dehlizine açılır. Uşaqlıq yolu gireceyi qızlarda qızlıq perdesi ile ehate olunur.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1123 Bölmə: Cinsel Bilgiler