beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aybaşı nedir

Aybaşı qadınlarda cinsi yetkinliyin elametidir. Aybaşı zamanı uşaqlıq yolundan ifraz olunan ifrazat qandan ve uşaqlığın selikli qişasından ibaretdir. Aybaşı esasen 3-5 gün davam edir, 7 gün davam etse de normal sayılır. Her aybaşı zamanı qadın 30-60 ml qan itirir. Eger aybaşı zamanı qan laxtaları müşahide olunarsa, qadında zeiflik, başgicellenmesi, benizin solğunluğu hiss edilerse, ve aybaşı 7 günden artıq ve ya çox az vaxt (1-2 gün) davam ederse, mütleq hekime müraciet etmek lazımdır. İlk aybaşından (menarxo) sonra ilk 1,5-2 il müddetinde aybaşı tsikli qeyri-müntezem ola biler. Aybaşı tsikli nedir? Aybaşı tsikli mürekkeb ve vacib bir siklik prosesdir. Aybaşı tsikli zamanı hormonların seviyyesinin deyişmesi fonunda uşaqlığın daxili qatında (endometri) deyişiklikler baş verir. Ayda bir defe endometri qopur ve qanlı möhteviyyat şeklinde xarice ifraz olunur. Aybaşı tsikli ve aybaşının müddeti anlayışlarını bir-birinden ayırmaq lazımdır. Aybaşı tsikli qanaxmanın ilk gününden başlayır ve növbeti qanaxmanın birinci gününe qeder davam edir. Normal (tipik) aybaşı tsikli 28-30 gün davam edir, lakin 22 günden 35 gün arasında deyişe biler. Stress, ağır işler ve diger zererli faktorlar aybaşının gecikmesine sebeb ola biler. Eger bu gecikmeler sistematik (tez-tez) deyilse, narahat olmayın, bele ki, hemin faktorlar aradan qalxan kimi, aybaşı normaya düşecekdir. Eger gecikme müntezem hal alırsa ve aybaşı tsikllori arasında bir neçe ay keçirse, mütleq hekime müraciet etmek lazımdır. Aybaşı tsiklinde baş beyin, hipofiz, yumurtalıqlar, uşaqlıq, uşaqlıq boynu, uşaqlıq boruları, uşaqlıq yolu iştirak edir. Xüsusi endokrin vezileri (hipofiz, yumurtalıqlar) terefinden kimyevi maddeler olan hormonlar hasil edilir ve onlar aybaşı tsikline nezaret edir. Bu yumurtalıqlarda yaranan estrogen ve progesteron, hemçinin hipofizde yaranan follikulstimuleedici ve lüteinleşdirici hormonlardır. Aybaşı tsikli zamanı ne baş verir Aybaşı tsiklinin birinci yarısında estrogen hormonunun seviyyesi artdığından endrometrinin qalınlaşması baş verir, hemçininfollikulstimuleedici hormonun seviyyesi artdığından yumurtalıqların birinde yumurta hüceyresi yetişmeye başlayır. Aybaşı tsiklinin (28 gün) 14-cü günü lüteinleşdirici hormonun seviyyesinin artmasına cavab olaraq yumurta hüceyresi yumurtalıqdan çıxır. Bu proses ovulyasiya adlanır. Aybaşı tsiklinin ikinci yarısında yumurta hüceyresi borular vasitesile uşaqlığa düşür. Progesteronun seviyyesi artır ki, bu da endometrini hamileliye hazırlayır. Eger bu vaxt yumurta hüceyresi ile spermatozoid görüşürse, onda mayalanma emele gelir. Mayalanmış yumurta hüceyresi uşaq-lığın divarına yapışır ve hamilelik başlayır. Eger yumurta hüceyresi mayalanmırsa, onda о ya parçalanır, ya da orqanizm terefinden sorulur. Hamilelik baş tutmadıqda estrogen ve progesteron hormonlarının seviyyesi aşağı düşür ve qalınlaşmış endometri yavaş-yavaş qopur ve aybaşı başlayır. Aşağıdakı şekilde siz ovulyasiya prosesi zamanı yumurta hüceyresinin yumurtalıqdan çıxdığını ve uşaqlıq boruları ile uşaqlığa doğru getdiyini görürsünüz. Aybaşı zamanı qadınlar hansı problemlerle üzleşe biler? Aybaşılarla bağlı qadınlar müxtelif problemlerle – ağrı, güclü qanaxma, aybaşının gecikmesi ve s. ile üzleşe bilerler. • Amenoreya – aybaşının olmaması. Qızlarda 16 yaşma qeder aybaşının ol-maması, qadınlarda 6 ay erzinde aybaşının kesilmesi amenoreya adlanır. Amenoreya 16 yaşa qeder, klimaks ve döşle emizdirme dövründe fizioloji sayılır. Eger amenoreya beden çekisinin keskin azalması, ciddi xestelik, qidalanmanın pozulması, hedden artıq meşqler ve stress fonunda baş vererse, bu patologiya sayılır. • Güclü ve uzunmüddetli qanaxma (menorragiya) – bu aybaşıdan ferqlenen vaginal qanaxmadır. Bezen aybaşı menorragiyaya keçe biler. Yeniyetmelik ve preklimakterik dövründe tez-tez hormonların disbalansı (balansın pozulması) baş verir ki, bu da aybaşı tsiklinin pozulmasına ve uşaqlıq qanaxmalarına sebeb olur. Uşaqlıq qanaxmaları hemçinin fertil yaşlarda da rast gele biler ve bunun da sebebi uşaqlığın fibromioması (şişi) ve poliplerdir. Bele qanaxmaların müalicesi ferdi, yeni her bir konkret halda onun sebebi aşkar edilenden sonra aparılmalıdır. Uşaqlıq qanaxmalarının neticesi olan heyati tehlüke töreden anemiya (qanazlığı) emele gelerse, derhal hekime müraciet etmek lazımdır. • Dismenoreya – ağrılı aybaşıdır. Bu probleme münasibet birmenalı deyil. Ay-başının ilk günlerinde ağrının olması normal sayılır. Eger ağrılar intensiv, daimi deyilse, qısamüddetlidirse, onda heyecana heç bir sebeb yoxdur. Eger ağrılar hedden artıqdırsa ve ürekbulanmasına sebeb olursa, onda ağrıkesici preparatlar qebul etmek, sebebi aşkara çıxarmaq ve adekvat müalice teyin etmek lazımdır. Bunu ancaq hekim etmelidir. Qadınları hemçinin aybaşı ile elaqedar olan premenstrual sindrom narahat edir. Aybaşıya 2 hefte qalmış qadını aşağıda qeyd edilenler narahat edir: Bu zaman ne etmek lazımdır? • Özünüz üçün xoş ehval-ruhiyye yaradın, gergin veziyyetlerden yayının. • İmkan daxilinde temiz havada çox gezin, beden terbiyesi ile meşğul olun. • Duzlu, acı, keskin yemekler, alkoqol, kofe, tünd çay, şokolad qebul etmeyin. • Terkibinde zülalı çox olan yemekler qebul edin. Yaxşı istirahet ve yuxu çox vacibdir. А, B, E qrup vitaminlerinin qebulu meslehetdir. • Siqaretden imtina edin. • Seher ve axşam kontrast duş qebul edin. • Siqaretden imtina edin. • Seher ve axşam kontrast duş qebul edin. Aybaşı neçe yaşında başlayır? Menarxe ilk aybaşıdır. Aybaşının başlama yaşı ferdidir. Normada menstruasiya (aybaşı) 8-16 yaşlar arasında başlaya biler. Qızların reproduktiv orqanlarının inkişafı başa çatdıqdan sonra aybaşı başlayır. Aybaşı neçe yaşına kimi davam edir? Qadınlarda aybaşı menopauzaya kimi davam edir. Menopauza texminen 51 yaşında başlayır. Hansı hallarda hekime müraciet etmek lazımdır? • Eger 16 yaşında aybaşı başlamazsa; • Eger aybaşı qefleten kesilerse ve ya gecikerse; • Eger qanaxma daha güclü ve uzunmüddetli olarsa; • Eger tampon istifade etdikden sonra özünüzde zeiflik hiss edersinizse; • Eger aybaşı arası uşaqlıq qanaxması baş vererse (bir neçe damcıdan çox); • Aybaşı zamanı ağrı hiss edersinizse. • Qarının köpmesi; • Döş vezilerinin şişmesi ve ağrılı olması; • Susuzluq ve şişkinlik; • Bezen ürek ritminin pozulması ve ürek nahiyesinde ağrılar; • Ürekbulanma, başgicellenme, baş ağrıları; • İştahanın azalması ve ya artması; • Beden heraretinin artması, üşütme; • Qıcıqlanma, aqresivlik, bezen depressiv veziyyet; • Yuxunun ve yaddaşın pozulması.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 790 Bölmə: Cinsel Bilgiler