beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailədə cinsi həyat ritmi

Kişilər üçün yaş, cinsi konstitusiya, arvadının ona seksual cəhətdən uyğunluğu, sağlamlığı kimi amillər əsas yer tutur.

Bütün bunları bilərək, ər-arvad cinsi əlaqələrin sayını öz imkanlarına uyğun olaraq (arvadın istəyi və seksual imkanı daxilində) normalaşdırmalıdır. Məşhur alman alimi R. Noybertin fikrincə nikahda 5-8 il yaşamış ər-arvad üçün cinsi həyat ritmi bir, nadir hallarda iki olmalıdır. Lakin bu rəqəmləri heç də bütün ailələr üçün norma və vacib hesab etmək düzgün olmaz. hər bir ailədə ər-arvadın arzu və imkanları müxtəlif ola bilər.

Müəyyən əsaslı səbəblərə görə aybaşı vaxtı cinsi əlaqə qəti surətdə qadağandır. Bu qadağan əsasən aybaşı zamanı uşaqlıq yolunda müxtəlif mikrobların inkişaf etməsi üçün əlverişli şəraitin yaranması, uşaqlıqdan axan qanın xaric olması üçün uşaqlıq boynunun açıq vəziyyətdə olması və elə buna görə də cinsi əlaqə zamanı mikrobların uşaqlığa, fallop borularına, hətta qarın boşluğuna asanlıqla keçə bilmək imkanının yaranması ilə əlaqədardır. Bu, olduqca ağır xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Aybaşı tamamilə qurtardıqdan iki-üç gün sonra uşaqlığın boynu bağlandıqda cinsi əlaqəyə başlamaq olar.

Yuxanda deyilənləri yekunlaşdırıb cinsi əlaqə ritmi haqqında hələ qədim hindistanda formalaşmış “şah” qanunu xatırlatmaq olar: cinsi əlaqə qadının istədiyi və kişinin bacardığı qədər olmalıdır.

Gənc kişilərin müəyyən bir hissəsində belə bir fikir hökm sürür ki, cinsi əlaqələrdə uzunmüddətli aravermələr kişinin zəifləməsinə, vaxtından tez eyakulyasiyaya səbəb olur və, ümumiyyətlə, orqanizmə mənfi təsir göstərir.

Bəzi qadınlar isə, əksinə, aravermələrin uzunmüddətli olmasının kişinin cinsi cəhətdən .daha güclü və cinsi əlaqə müddətini daha davamlı etməsini göstərirlər. Bu məsələdə kişilərin daha az səhv etmələri qeyd olunmalıdır. həqiqətən, uzunmüddətli aravermələrdən sonra eyakulyasiya olduqca tez, bəzən hətta cinsi əlaqəyə başlamadan da baş verə bilər.

Ancaq bir neçə gündən sonra hər şey : öz qaydasına düşüb normallaşır. Amma hər halda orqanizmin bütün funksiyaları üçün (xüsusilə cinsi əlaqə bacarığı üçün) qadın öz gücündə qalır: iş görməyən, funksiyadan qalan orqan zəifliyə, atrofiyaya doğru aparır. Odur ki, cinsi əlaqədə çox uzun aravermələr impotentliyə (cinsi əlaqə qabiliyyətinin tam itməsi) səbəb ola bilər.

Cinsi əlaqədə aravermə ayrı-ayrı yaş qrupları üçün müxtəlifdir. Əgər gənclər üçün orqanizmə şərti olaraq heç bir zərər verməyən bir aylıq müddət maksimum aravermə hesab edilərsə, yaşlılar üçün iki aylıq müddət tamamilə kifayət edir.

Həmçinin ər-arvadı cinsi əlaqədə olmadan erogen zonaları qıcıqlandırmaqla orqazm vəziyyətinin alınmasını (pettinq) cinsi pozğunluq olub-olmadığı maraqlandırır. Göstərmək lazımdır ki, pettinq ər-arvad arasında cinsi əlaqədən əvvəl həmişə aparılan sevgi oyunu elementlərindəndir. Kişi və qadın arasında tərəflərin razılığı və istəyi ilə aparılan intim əlaqə bir qayda olaraq həmişə sığallama, öpüşmə, erogen zonaların (qadınlarda — döşlərin və döş gilələrinin, qulaq sırğalıqlarının, budların, xarici cinsiyyət üzvlərinin, kişilərdə cinsiyyət üzvlərinin) qıcıqlandırılması ilə başlanır.

Əgər sevgi oyunu cinsi əlaqəyə başlamadan uzun müddət davam etdirilərsə, müqabil tərəflərin hər ikisində orqazm vəziyyəti alınar, kişidə eyakulyasiya baş verər. Bəzi qadınlar pettinqi pozğunluq adlandırıb onu masturbasiya, qadınlarda onanizm ilə müqayisə edirlər. Əlbəttə, bu halda heç bir pozğunluq, əxlaqsızlıq haqqında söz ola bilməz. Bu, ər-arvadın razılığı və heç birisinə psixoloji və fiziki zərər gətirmədiyi halda qəbul edilə bilər.
İntim əlaqədə kişilərin ən böyük səhvləri cinsi əlaqədən sonra arxasını qadına çevirib yuxulamaqdır. Məsələ orasındadır ki, cinsi hisslər qadınlarda tədricən oyandığı kimi, tədricən də sönür və elə buna görə də cinsi əlaqə qurtarandan sonra qadının orqanizmi, onun psixikası özünə qarşı diqqət və mehriban münasibət tələb eldir.


Əvvəla, sevimli qadına şirin ehtiras hisslərinə görə öpməklə razılığı bildirmək və sönən ehtirası da sevgi oyunu ilə tamamlamaq lazımdır. Bunun üçün erogen zonaları bu cinsi əksinə, aşağıdan yuxan, yəni cinsiyyət üzvlərindən başa doğru sığallamaq, mehribançılıq göstərmək lazımdır.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Cinsel Bilgiler