beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii viaqra: Nar suyu

Edinburghdakı Queen Margaret Universiteti tərəfindən edilən bir araşdırma nar sununun viagra preparatı kimi təsiri etdiyini və cinsi arzuları artırdığını ortaya çıxarmışdır.

21-dən 64 yaşa kimi 58 insan üzərində aparılan tədqiqatlarda 1 stəkan meyvə suyu içən insanlarda testesteron nisbətində artım olduğu, xüsusilə nar suyunun təbii cinsi həvəsi artıran təsiri meydana gətirdiyi ifadə edilmişdir.

2 həftəlik araşdırma nəticəsində kişilərdəki cinsi həvəsi artıran təsirinin, səs tonunun qalınlaşması və cinsi arzuların artması ilə müşahidə olunub.
Cinsi həvəsi artması qadınlardakı təsiri isə böyrək üstü vəzi, yumurtalıq, cinsi impuls, qüvvətli sümüklər və əzələlərdə görülür.

Daha əvvəl yerinə yetirilən bir tədqiqata görə nar suyunun antioksidant baxımından çox zəngin olduğu bu səbəblə ürək xəstəliklərini önlədiyi və qan dövranına kömək etdiyi müəyyənləşmişdir. Araşdırma nəticəsində bəzi xərçəng növlərinə də müsbət təsiri olan nar suyunun osteoartrit əlamətlərini azaltdığı, mədə bulantısına qarşı gəldiyi hətta göz soyuqdəyməsinə qarşı müsbət təsiri olduğu ifadə edilmişdir.

Edinburgh'te aparılan araşdırma nəticəsində nar suyunun testesteronun səviyyəsini artırmaq və qan təzyiqini azaltmaqla bərabər, qorxu, kədər, günahkarlıq duyğusu, utancaqlıq və özünə güvənmək kimi 11 psixoloji vəziyyət üzərində təsirli olduğu ifadə edilmişdir.
Testesteronun səviyyəsini 16-30% arasında artıran və qan təzyiqini aşağı salan nar suyunun müsbət emosiyaları artırdığı mənfi emosiyaları saldığı da qeyd edilmişdir.


Tarix: 16.01.2015 / 11:14 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Cinsəl sağlamlıq