beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zakir Bağırov

Bəstəkar. Kino bəstəkarı. Musiqi tərtibatçısı. Mədəniyyət naziri (1971-1989)

Həyatı

Zakir Cavad oğlu Bağırov 16 mart 1916-cı ildə Şuşada anadan doğulmuşdur.

Azərbaycan əməkdar incəsənət xadimi(1961), Moskva Dövlət Konservatoriyasını bitirən (1949) bəstəkar

1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, 1970-ci ildən musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur.

"Aygün"(1972) operasının, "Kəndimizin Mahnısı"(1958) və "Qayınana"(1964) operettalarının, xalq çalğı alətləri orkestri üçün süitaların(1956, 1969), fortepiano ilə orkestr üçün konsertin(1970), orqan üçün improvizasiya və fuqanın(1973), kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir.

Z.Bağırov bir çox dram tamaşası və kinofilmə də musiqi yazmışdır. "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir.

1996-cı ildə vəfat etmişdir.

Bəstəkar Üzeyir Hacıbəyovun yetirməsidir.

Filmoqrafiya
"Ağ qızıl" ustaları (film, 1958)
Aygün (film, 1960)
Bərəkətli torpaq (film, 1954)
Bizim Azərbaycan (film, 1959)
Gənc Leninçilər (film, 1951)
"Kazbek" qutusu (film, 1958)
Quba bağlarında (film, 1953)
Mən Xəzər dənizçisiyəm (film, 1961)
Nizami (film, 1959)
Səadət yolu ilə (film, 1956)
Təbiətin dostları (film, 1958)
Uğurlu yol! (film, 1975)
Yeni il gecəsində (film, 1958)


Tarix: 29.01.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 473 Bölmə: Bəstəkarlar Və Müğənnilər