Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynağa Hadıyev

Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946 — 12 yanvar 1994) — 1970-1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Albomları/Mahnıları
4 İstinadlar
5 Həmçinin Bax


Həyatı

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı idi.[1] Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı.

Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi.

Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.

Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi.

Yaradıcılığı

Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə özündən çıxarardı.

Albomları/Mahnıları

Mənim dünyam
Nə Gözəldir Azərbaycan
Bağçadan Gələn Səs
Gəl Barışaq
Köçəri Quşlar
Bir Xumar Baxışla
Unuda Bilmirəm
Mehriban İnsanlar
Məzəli Mahnı
Xalidə
Gözəl
Bu gecə
Ürək
Mənim Dünyam
Cəmilə


Tarix: 25.01.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...