Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avril Lavin

Avril Lavin(ing. Avril Lavigne) - kanadalı məşhur müğənni, musiqiçi, bəstəkar, aktrisa və model. Onun ailəsi franko-kanada mənşəlidir. Adı isə fransızcadan tərcümədə Avril-aprel və la vigne-üzüm deməkdir. Rok və pop janrlarında ifa edir. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayan Avril Sum 41, The Black List Club, Avril Lavigne kollektivlərində çıxış edib.Mündəricat
1 İlk illər
2 2002-2003
3 2004-2007
4 Xarici keçidlər


İlk illər

Avril Belvill şəhərində katolik təriqətli Con və Cudi Lavinin ailəsində dünyaya göz açıb. 5 yaşından Napanee şəhərində böyüyən Avril orada kilsə xorunda oxuyub, həmçinin gitarada çalmağı öyrənib. Sonralar kantri stilində mahnılar ifa etməyə başlayıb. 16 yaşında olarkən Avrili görən Arista Records kompaniyasının üzvü Ken Kronqardöz bossu Antonio Reid-ə Avrili Nyu-Yorkdakı studiyada dinləməyi məsləhət görür.

2002-2003

Lakin, Avril ilk albomunu “The Matrix” kompaniyasının köməyilə 2002-ci ildə Los-Ancelesdə hazırlayır. “Let Go” adlanan albom qısa müddət ərzində ABŞ-da 2-ci, Avstraliya, Kanada və Böyük Britaniyada isə 1-ci yerə yüksəlir. 6 ay ərzində albom 4 dəfə platin statusunu qazanır.2004-cü ilin dekabrınadək albom 15 milyonluq tirajla satılır. Albomdakı 4 kompozisiya sinqla çevrilir. “Complicated”adlı sinql isə Avstraliyada 1-ci,ABŞ-da 2-ci pilləyə yüksəlir.

2002-ci ildə Avril Video Music Awards-ın “İlin kəşfi” nominasiyasının qalibi olur. 2003-cü ildə isə Juno Awards-ın 6 nominasiyasından 4-nün qalibi olur. Avril həmçinin World`s Best-Selling Canadian Singer nominasiyası üzrə World Music Awards və Qremminin 8 mükafatına laureat olmağı da bacarmışdı.

2004-2007

2-ci albomu-“Under My Skin” 2004-cü il may ayının 25-də işıq üzü görüb. Avrilin bu albomu da uğuruna görə heç də birincidən geri qalmırdı.

2006-cı ilin yanvarında müğənni “Ford Models” model agentliyi ilə müqavilə imzaladı. 2006-cı ilin Qış olimpiadasının (Turin) bağlanış mərasimində çıxış etməklə Avril karyerasının pik nöqtəsinə yüksəldi.

Avrilin 3-cü albomu 2007-ci ilin aprelində çıxdı. “The Best Damn Thing” adlanan albomun ilk sinqlı olan “Girlfriend” kompozisiyası məşhur BİLLBOARD TOP 100 çartının zirvəsinə yüksəlməyi də bacardı.


Tarix: 23.01.2013 / 22:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...