Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gorgoroth

Gorgoroth - Norveçin Bergen şəhərində yaradılmış black metal qrupudur. 1992-ci ildən, bu günədək gələn üzv, qrupun yaradıcısı Infernusdur. Qrupun adı, j. R. R. Tolkienin yazdığı "Üzüklərin şahı" romanında pisliklər məkanı olan qaranlıqlar ölkəsi Mordorda yerləşən ölülərin məkanının adından gəlir. Qrupun studiyada yazılmış səkkiz albomu var. Qrup 2009-cu ilin sonlarında yeni bir albom üzərində işə başlamışdır və bu iş hələ də davam etməkdədir.

Yaranması

Qrupun qurucusu, hal-hazırda Gorgorothda əsas gitarist olan Infernusdur. O, qrupu 1992-ci ildə qurmuşdur. Qrupun ilk demo-albomu isə 1993-cü ildə meydana çıxmışdır. Albom "A Sorcery Written in Blood" adlanır. Qrupun əsas vokalisti olan Gaahl, qrupu 2007-ci ildə tərk etdi. Onun yerini isə 1995-1997-ci illərdə qrupda işləmiş Pest aldı.

Albomlar

Qrupun 9 albomu mövcuddur. 1997-ci ildə yazılmış "Under the Sign of Hell" albomu 2011-ci ildə təkrar olaraq, kiçik dəyişikliklər edilməklə satışa buraxıldı. Qrupun məşhur albomlarından biri "Incipit Satan"dır.


Tarix: 25.01.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...