Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natiq Şirinov

Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar.Mündəricat
1 Həyatı
2 Avroviziya 2012
3 Diskoqrafiya
4 Filmoqrafiya
5 İstinadlar
6 Xarici keçidlər


Həyatı

Natiq Bahadur oğlu Şirinov 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Göyçə mahalındandır. Orta təhsilini 1993-cü ildə bitirib. 1985-1989-cu illərdə indiki Tofiq İsmayılov adına musiqi məktəbində ustadı Azər Əliyevdən dərs almış, eləcə də 6 saylı musiqi məktəbində təhsil almışdır. Kiçik yaşlarından "Cücələrim" ansamblı ilə keçmiş SSRİ-nin bir çox şəhərlərində qastrolda olmuşdur.

1993-cü ildən etibarən professional sənətə qədəm qoymuş və bir çox sənətkarlarla işləmişdir. 1999-cu ildə Alim Qasımov tərəfindən birgə işləməyə dəvət almış və Azərbaycan muğamında ilk dəfə "Üçlük"lə bərabər nağara sənəti fəaliyyət göstərmişdir. Alim Qasımovu müşayiət etməklə bərabər o, konsertlərdə solo nömrələrlə çıxış etmişdir. 1999-cu ildə Alim Qasımov "YUNESKO" mükafatı alarkən Natiq Şirinov bu konsertlərdə onunla bərabər iştirak etmişdir. Beləliklə o, Belçika, Almaniya, Fransa, İsveçrə, İtaliya, Hollandiya, Yaponiya, Çin, İspaniya, Türkiyə, İran, Rusiya və s. ölkələrdə nağara sənətini təmsil etmişdir.

Natiq Şirinov və onun “Ritm” qrupu. 2010-cu il

2000-ci ildə Fransanın Mompelye şəhərinə dəvət almış və orada festivalda iştirak etmişdir. 2001-ci ildə Moskva şəhərində ustadı Ali-Kahandan Hind aləti tablanın dərinliklərini öyrənmişdir. 2001-ci ilin may ayında "Natiq" ritm qrupunu yaratmışdır. Bu qrupla dövlət konsertlərində iştirak etmiş, xarici dövlətlərə dəvət almışdır. Qrand və bir çox diplomlar da buna daxildir. 2004-cü ildə qrupla bərabər Tayvanda festivalda iştirak etmiş, diplom və sertifikatlarla mükafatlandırılmışdır. 2001-2004-cü illərdə Bakıda keçirilən Cazz festivallarda iştirak etmiş və diplomlara layiq görülmüşdür. 2006-cı ildə Azərbaycanda ilk dəfə Natiq Şirinovun rəhbərliyi ilə "Natiq" ritm qrupunun konserti keçirilmişdir. 2004-cü ildə "Mənim dünyam-I" , 2006-cı ildə "Mənim dünyam-II" adlı musiqi albomları işıq üzü görmüşdür. Hazırda "Natiq" ritm qrupu öz fəaliyyətini davam etdirir və Azərbaycanın milli sərvəti olan nağaranı xarici ölkələrdə uğurla təmsil edir.

Avroviziya 2012

22 may 2012-ci ildə Bakıda baş tutmuş Avroviziya müsabiqəsinin yarımfinalında səsvermə zamanı qədim Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı "Eurovision" səhnəsinə çıxarılıb. İnterval şousunda Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın canlı ifası təqdim olunur. Şouda qədim qavaldaşında «Natiq» Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinovun ifası ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblı da iştirak edib.[1]

Diskoqrafiya
Mənim Dünyam I (2004)
Mənim Dünyam II (2006)

Filmoqrafiya
Körpü (film, 2003)
Ərazi (film, 2005)
Azərbaycan qalaları. Daşkəsən-Gədəbəy (film, 2008)
Top həm düşər, həm qalxar (film, 2011)


Tarix: 28.01.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...