beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sigur Rós

Sigur Ros — İslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigirros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb.Mündəricat
1 "Von" və "Von brigði"
2 Ágætis byrjun
3 Rímur
4 ()
5 Sonrakı albomlar
6 Diskoqrafiya


"Von" və "Von brigði"

Qrup ilk albomu olan Vonu (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan Von brigði gəldi.

Ágætis byrjun

1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. Ágætis byrjun albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı.

Rímur

2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı. EP əsasən musiqili şeir janrında idi.

()

Qrupda zərb alətlərində ifa edən Ágúst Ævar Gunnarsson qrupu tərk etdikdən sonraç 2004-cü ildə yayımlanan bu () adlı albom da bir çox filmlər üçün saundtrek qaynağı oldu. Qrupun ilk albomu 2004-cü ildə həm də Avropa və Amerikada satılmağa başladı.

Sonrakı albomlar

Qrup hər il məşhurluğunu artıraraq hər dəfə fərqli albomları yayımlamağa davam etdi. Ən son albom olan Valtari 23 May 2012-ci ildə işıq üzü görüb.

DiskoqrafiyaAdıTarixTərcüməsiŞəkli
Von1997Ümid
Ágætis byrjun1999Yaxşı başlanğıc
()2002()
Takk...2005Təşəkkürlər
Með suð í eyrum við spilum endalaust2008Qulaqlarızdakı uğultu ilə sonsuzadək ifa edirik
Valtari2012Asfaltçəkən maşın


Tarix: 28.01.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Bəstəkarlar Və Müğənnilər