Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emi Vaynhauz

Emi Vaynhauz (ing. Amy Jade Winehouse; 14 sentyabr 1983 – 23 iyul 2011) — güclü kontralto səsi[1] və eksentik musiqi janrların qarışmasını ifa etməsi ilə məşhur, əsasən R&B, soul və caz,[2] britaniyalı müğənni və mahnıların müəllifi. Tənqidçilər onu 2000-ci illərin aparıcı ifaçılardan biri kimi tanımışdılar. Səsi old school ifaçıları Ella Fitscerald, Dina Vaşinqton və Sara Voqanın səsinə bənzəyir. 2006-cı ildə çıxan Back to Black adlı albomu 5 Qremmi mükafatına layiq görülmüşdür. Ona görə də Ginnesin rekordlar Kitabına 5 dəfə Qremmi mükafatı alan birinci Britanlı kimi düşüb[3][4]. 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi Brit Awards mükafatı almış.Vaynhauz 2011 ilin İyulunun 23-də alkol zəhərlənməsindən ölüb.Mündəricat
1 Həyatı
2 Albomları
3 Maraqlı faktlar
4 İstinadlar
5 Xarici keçidlər


Həyatı

Emi Ceyd Vaynhauz 1983-cü ilin sentyabırn 14-cüdə Londonda Yəhudi ailədə anadan olmuşdur. Onun valideynləri – Rusiya İmperiyasıdan mühacirət edənlər Yəhudilərin övladlarıidilər. Atası – taksist, Mitçell Vaynhauz (1950), anası isə dərmançı – Cenis Vaynhauz (qızlıqda Siton. 1955) 1976-cı ildə evləndilər, məşhur qızın doğumdan yeddi il öncə. Eminin böyük qardaşı – Aleks Vaynhaus – 1980-ci ildə anadan olmuşdu. Ailəsi həmişə musiqi dünyasının yanında idilər, əsasən caz dünyasının: bilinirki nənəsi (atasının anası) və məşhur britanlı cazmen Ronni Skott yaxın münasibətlərdəidilər; anasının qardaşları isə professional caz musiqiçiləridilər. Emi nənəsini o gədər sevirdi ki, onun adını əlində tatuda şəkildə yazıb. Emi xatırlayırdı ki, uşağlıqda atası ona daim oxuyurdu (əsasən Frenk Sinatranın mahnıları); Emi də bu vərdişi alıb — beləliklə buna görə sonra müəllimlərinə onu özünü sakit aparmağa etməyə çətin idi. 1933-cü ildə Emi valideynləri boşandılar, amma buna baxmıyaraq uşaqlara birlikdə tərbiyə verməyə davam edirdilər.

Eşmoul məktəbdə (ing. Ashmole School) sinif yoldaşları "The Feeling" qrupdan Den Gillespi Sells və "S Club 7" qrupdan Reyçel Stivens idilər. On yaşında olanda Culyet Eşbi adlı rəfigəsi ilə Sweet 'n' Sou adlı rep qrupu yaradıb, 12 yaşında Silviya Yanq teatral məktəbinə daxil olub. İki il sonra onu oradan istisnalıyıblar. İstisnadan əvvəl məktəbin başqa şagirdləri ilə The Fast Show-un bir epizodda çəkilib.

14 yaşlı Emi ilk mahnıları yazır və ilk dəfə narkotiklər qəbul edir. Bir il sonra o eyni vaxtda World Entertainment News Network-da və caz qrupda işləməyə başlayır. O vaxt olan oğlanı (oğlan dostu) – Tayler Ceyms köməyi ilə EMI ilə birinci kontraktı imzalamış, çek alan kimi The Dap-Kings studiyaya Nyu Yorklu müğənnisin, Şaron Naytın müşayiət tərkibi dəvət edib, sona da onlarla turne başladı.

Emi iki dəfə "Ivor Novello" mükafatına layiq görülüb. İlk albomu Frank (2003) "Mercury Prize" qazanıb. 2007-ci ildə ən yaxşı britaniyalı müğənni seçilib. İkinci albom "Back to Black" ona 6 "Qremmy" qazandırıb və bununla da Emi "Ginnesin rekordları kitabı"na düşüb.[5].

On yaşında rəfiqəsi ilə rep qrupu yaradıb, 12 yaşında teatr məktəbinə daxil olub. On dörd yaşında davranışına görə oradan qovulub, ilk mahnısını yazıb və ilk dəfə narkotikin dadına baxıb.

Sonra caz qruplarında oxuyub, turnelərə çıxıb və 24 yaşında çoxdankı dostu Bleyk Filder-Sivillə ərə gedib. Amma ailə də onu xoşbəxt edə bilməyib.

Qərb mətbuatının "kokain şahzadəsi" adlandırdığı Emi Uaynhaus 2008-ci ildə xəstəxanaya düşüb və ona ciyər emfizeması diaqnozu qoyulub. 2009-cu ildə Emi öz rəqqasəsini döyməsilə göndəmə gəlib. 2010-cu ilin dekabrında isə uşaq teatrının inzibatçısı ilə dalaşdığına görə ona iki il şərti cəza və cərimə kəsilib.

Albomları
Frank (2003)
Back to Black (2006)

Maraqlı faktlar
Məşhur musiqiçi "Aston Villa"ya çılğıncasına azarkeşlik edirdi. Həmişə qalmaqallarla gündəmə gələn Vaynhauzun bu klubun tərəfdarı olması isə heç də hamının ürəyicə deyildi


Tarix: 25.01.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...