beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antonio Karlos Jobim

Antonio Karlos Brazileyro de Almeyda Jobim (port. Antônio Carlos Brasileiro de Almeida Jobim, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya – 8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Uilyams tərəfindən ifa edilmişdir.

Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (port. Garota de Ipanema, ing. The Girl from Ipanema) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir.

Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.

"Getz/Gilberto" albomu ABŞ-da bossa-nova çılğınlığına səbəb oldu, bu musiqi stili ABŞ-ın ardınca bütün dünyada geniş populyarlıq qazandı. Getz daha əvvəl Çarli Bördlə "Jazz Samba" (1962) və Luiz Bonfa ilə "Jazz Samba Encore!" (1964) albomlarını yazdırmışdı. Jobim ən çox satılan caz albomlarından sayılan "Getz/Gilberto" albomundakı bir çox mahnıların bəstəkarı idi və albomdakı "The Girl from Ipanema" və "Corcovado" mahnılarını ifa edən Astrud Gilberto musiqi dünyasında sensasiya yaratmışdı. 1965-ci il Qremmi mükafatının təqdimetmə mərasimində "Getz/Gilberto" albomu "İlin albomu", "Ən yaxşı caz-instrumental albomu" və "Ən yaxşı səs keyfiyyətinə malik qeyri-klassik albom" nominasiyalarında Qremmi mükafatına layiq görüldü. "The Girl from Ipanema" mahnısı isə "İlin mahnısı" elan edildi.

Antonio Jobim keçirdiyi cərrahiyə əməliyyatından sonrakı ağırlaşmalar nəticəsində baş verən ürək dayanması nəticəsində 1994-cü il 8 dekabrda Nyu-Yorkun "Maunt Sinay" xəstəxanasında vəfat etmiş, 20 dekabr 1994-cü ildə Rio-de-Janeyroda Sao-Joao Batista qəbiristanlığında dəfn edilmişdir.Mündəricat
1 Diskoqrafiyası
1.1 Studiya albomları
1.2 Kompilyasiyalar
1.3 Canlı albomlar
1.4 Saundtreklər
1.5 Birgə albomlar
1.6 Stan Getzlə birgə
1.7 Frenk Sinatra ilə birgə
1.8 Kompozisiyalar
1.9 Konsert filmləri
2 İstinadlar
3 Xarici keçidlər


Diskoqrafiyası

Studiya albomları
1963: The Composer of Desafinado, Plays
1965: The Wonderful World of Antonio Carlos Jobim
1967: Wave
1967: A Certain Mr. Jobim
1970: Stone Flower
1970: Tide
1972: Look to the Sky
1973: Matita Perê
1973: Jobim
1974: Elis & Tom (Elis Recina ilə)
1976: Urubu
1977: Miúcha & Antonio Carlos Jobim – Vol. 1 (Miuça ilə)
1979: Miúcha & Antonio Carlos Jobim – Vol. 2 (Miuça ilə)
1980: Terra Brasilis
1981: Edu & Tom (Edu Lobo ilə)
1987: Passarim
1987: Inédito
1989: Echoes of Rio
1994: Miúcha e Tom Jobim (Miuça ilə)
1994: Antonio Brasileiro
1998: Tom Jobim
2000: Dwee Do Da Bop

Kompilyasiyalar
1999: The Best of Tom Jobim
2000: The Tom Jobim Sessions (müxtəlif sənətçilərlə autteyklər)
2002: The Outtakes (solo ifaçı kimi autteyklər)
2006: Sinatra-Jobim (Frenk Sinatra ilə autteyklər)
2009: The Complete Tom Jobim (boks-set)

Canlı albomlar
1977: Gravado ao vivo no Canecão (Vinisius, Tokvinyo, Miuça ilə)
1986: Jazzvisions: Rio Revisited (Gel Kosta ilə)
1993: Antonio Carlos Jobim and Friends (Co Henderson, Şirli Horn, Con Hendriks, Herbi Henkok, Qonzalo Rubalkaba ilə)
2001: Tom Canta Vinicius: Ao Vivo (1990)
2004: Em Minas Ao Vivo: Piano e Voz (1981)

Saundtreklər
1959: Black Orpheus
1970: The Adventurers
1983: Gabriela, Cravo e Canela[1]
1986: Moments of Play[2]

Birgə albomlar
1958: Canção do Amor Demais – Elizet Kardozo
1959: Amor de gente moça – Silvia Telles
1959: Chega de Saudade – Joao Gilberto
1959: Por tôda a minha vida – Lenita Bruno
1960: O Amor, o Sorriso e a Flor – Joao Gilberto
1965: The Swinger from Rio – Serjio Mendes
1966: Love, Strings and Jobim

Stan Getzlə birgə
1962: Jazz Samba
1963: Getz/Gilberto
1963: Jazz Samba Encore!
1964: Getz/Gilberto Vol. 2
2007: Greatest Hits

Frenk Sinatra ilə birgə
1967: Francis Albert Sinatra & Antonio Carlos Jobim
1971: Sinatra & Company
1979: Sinatra-Jobim Sessions
1994: Duets II

Kompozisiyalar
"A Felicidade"
"Agua de Beber"
"As Praias Desertas"
"Águas de Março/Waters of March
"Chega de Saudade/(No More Blues)"
"Corcovado/Quiet Nights of Quiet Stars"
"Desafinado/Slightly Out of Tune"
"Dindi"
"Favela"
"Garota de Ipanema/The Girl From Ipanema"
"Insensatez/How Insensitive"
"Inútil Paisagem/If You Never Come to Me"
"Look to the Sky"
"Meditação/Meditation"
"O Amor Em Paz/Once I Loved"
"Passarim"
"Sabia"
"Samba de Uma Nota Só/One Note Samba"
"So Danço Samba"
"Só Tinha De Ser Com Você"
"Se Todos Fossem Iguais A Você/Someone to Light Up My Life"
"Triste"
"Vivo Sonhando/Dreamer"
"Wave/Vou te Contar"

Konsert filmləri
2002: Antonio Carlos Jobim: An All-Star Tribute (Co Henderson, Şirli Horn, Con Hendriks, Herbi Henkok, Qonzalo Rubalkaba ilə)[3]
2007: Antonio Carlos Jobim In Concert
2007: Live at Montreal Jazz Festival
2009: Tom Jobim: The Waters of March;


Tarix: 23.01.2013 / 22:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 584 Bölmə: Bəstəkarlar Və Müğənnilər