beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alek Con Saç

Alek Con Saç (ing. Alec John Such) — Bon Jovi qrupunun 1983-1994 illəri arasındakı bas gitaristidir. Alek Con Saç, 1994-ci ildə qrupdan öz istəyi ilə ayrılmış və o tarixdən etibarən Bon Jovi üzvləri, qrupa "rəsmi" bir bas gitarist dəvət etmədilər. Con Bon Covi, veridiyi bir reportajda "Alek hər zaman Bon Jovi qrupunun bir üzvüdür. Nə zaman istəsə geri gəlmə hüququna malikdir, buna görə onun yerini ayrı tutmaq üçün rəsmi bir üzvü qrupumuza daxil etmədik" demişdir.

Albom və konsert hazırlığında Bon Jovi, bas gitarist olaraq Hugh McDonald ilə işləmişdir. Ancaq "rəsmi" bir üzv kimi heç vaxt qəbul edilməmişdir. Bu səbəbdəndir ki, foto çəkilişləri və kliplərdə Hugh McDonald'ın üzünə demək olar ki, heç rastlanılmır. Alek Con Saç eyni zamanda fəal olaraq Nyu Yorkda bir motosiklet mağazası işlədir.


Tarix: 23.01.2013 / 21:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Bəstəkarlar Və Müğənnilər