beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Viktor Tsoy

Viktor Robertoviç Tsoy (rus. Виктор Робертович Цой; 21 iyun 1962, Leninqrad, SSRİ - 15 avqust 1990, Sloka - Talsi yolunun 35-ci km, Latviya SSR) — sovet rok musiqiçisi, Koreya əsilli şair, "Kino" rok qrupunun yaradıcısı və rəhbəri.Mündəricat
1 Bioqrafiya
1.1 Avtomobil qəzasında ölümü
2 Diskoqrafiya
3 Filmoqrafiya
4 Həmçinin Bax


Bioqrafiya

Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreya mənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974-1977-ci illərdə incsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir.İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində "ağac oyma" sənəti üzrə oxumuşdur. Gəcliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olmuşdur. Sonralar onun imicində Bryus Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netske adlanan yapon fiqurlarını düzəldirdi.

Avtomobil qəzasında ölümü

Viktor Tsoy 15 avqust 1990-cı il 12:28 radələrində avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində rəsmi versiyaya görə sükan arxasında yatib və özünə məxsus Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. Tsoy 19 avqust 1990-cı ildə Boqoslovskoe məzarlığında bastırılıb.

"Rusiya estradasının populyar müğənniləri" seriyasından Viktor Tsoya həsr olunmuş poçt markası, 2 rubl (1999)

Diskoqrafiya
1982 — «45»
1983 — «46»
1984 — «Начальник Камчатки»
1985 — «Это не любовь»
1986 — «Ночь»
1988 — «Группа крови»
1989 — «Звезда по имени Солнце»
1989 — «Последний герой»
1990 — «Чёрный альбом»

Filmoqrafiya
1986 — "Ya-Xxa" (rus. «Йа-Хха») (sənədli video). Rejissor Raşid Nuqmanov
1986 — Tətilin sonu (rus. «Конец каникул»). Rejissor Sergey Lısenko
1987 — Rok (sənədli kadrlar). Rejissor Aleksey Uçitel
1988 — "Assa". Rejissor Sergey Solovyov
1988 — "İynə" (rus. «Игла»). Rejissor Raşid Nuqmanov
1992 — "Sonuncu qəhrəman" (rus. «Последний герой»). Rejissor Aleksey Uçitel


Tarix: 22.01.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Bəstəkarlar Və Müğənnilər