beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sara Qədimova

Sara Bəbiş qızı Qədimova (31, 05, 1922, Bakı - 12, 05, 2005, Bakı) - Azərbaycanın xalq artisti (1963). 1978-ci ildən Azərbərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. Azərbaycanın "Şərəf nişanı", "Şöhrət" ordeni ilə təltif edilmişdir.Mündəricat
1 Həyatı
2 Əsas rolları
3 Həmçinin bax
4 Mənbə


Həyatı

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış elədiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb. [1]

Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Səsi lirik-koloratur sopranodur. Azərbaycan Respublikasının xalq artistidir(1963). ADF-nin solisti (1941-ci ildən) olmaqla yanaşı, 1957-1962-ci illərdə ADOBT-nin da aparıcı səhnə ustası olub. Oxuduğu bəzi təsniflərin musiqisi özünə məxsusdur.

Əsas rolları
Leyli ("Leyli və Məcnun"),
Əsli ("Əsli və Kərəm"),
Şahsənəm ("Aşıq Qərib").


Tarix: 22.01.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Bəstəkarlar Və Müğənnilər