beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruhəngiz Allahverdiyeva

Allahverdiyeva Ruhəngiz Baladadaş qızı — Azərbaycan müğənnisi.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Ruhəngiz Allahverdiyeva orta məktəbini bitirdikdən sonra "Təranə gənclik" ansamblında müğənni kimi fəaliyyətə başlamışdır.

1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olmuş, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olmuş, Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.

Filmoqrafiya
Qış nağılı. I film (film, 2002) - Zəroş xala
Qış nağılı. II film (film, 2003) - Zəroş xala
Qız qalası (film, 2000)
Hərənin öz payı+tayı (film, 2006)


Tarix: 22.01.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Bəstəkarlar Və Müğənnilər