beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rübabə Muradova

Rübabə Muradova – Azərbaycan müğənnisi (messosoprano), Azərbaycan SSR Xalq Artisti (1971).

Həyatı

Muradova Rübabə Xəlil qızı 22 mart 1933-cü ildə Ərdəbildə anadan olmuşdur.

Rübabə xanım Sabirabadda dram teatrında təhsil alıb. Ələsgər Ələkbərov isə təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edi.

1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Rübabə Muradova

Rübabə Muradova A.Zeynallı adına Bakı Musiqi Məktəbini (S. Şuşinskinin sinfini) bitirmişdir (1955).

1971-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdür.

Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" – Ü. Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Ü. Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Z.Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.

"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

28 avqust 1983-cü ildə Bakıda vəfat edib.


Tarix: 22.01.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Bəstəkarlar Və Müğənnilər