beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Flora Kərimova

Kərimova Flora Ələkbər qızı — müğənni, Azərbaycanın xalq artisti (1992).Mündəricat
1 Həyatı və yaradıcılığı
2 İctimai fəaliyyəti
3 Filmoqrafiya
4 İstinadlar
5 Xarici keçidlər


Həyatı və yaradıcılığı

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Unuversitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilmişdir.

Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

İctimai fəaliyyəti

Flora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi "Azadlıq" blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsinin oğurlandığını iddia edib. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən müğənni Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövləti müğənniyə ümumən 59 min 100 avro təzminat ödəməlidir[1].

Filmoqrafiya
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən
Ağ atlı oğlan (film, 1995)
Alma almaya bənzər (film, 1975)
Bağışla (film, 1983)
Böyük dayaq (film, 1962)
Evləri köndələn yar (film, 1982)
Əzablı yollar (film, 1982)
Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995)
Gün keçdi (film, 1971)
Həyat bizi sınayır (film, 1972)
Humayın yuxusu (film, 1985)
Xüsusi vəziyyət (film, 1986)
Konsert proqramı (film, 1971) (I)
Qanun naminə (film, 1968)
Qayınana (film, 1978)
Qış nağılı. I film (film, 2002)
Qız, oğlan və şir (film, 1974)
Nəğməkar torpaq (film, 1981)
O qızı tapın (film, 1970)
Onun bəlalı sevgisi (film, 1980)
Payız melodiyaları (film, 1974)
Səndən xəbərsiz (film, 1985)
Sonrakı peşmançılıq (film, 1978)
Şahzadə-qara qızıl (film, 1974)
Toplan və kölgəsi (film, 1977)
Yollar görüşəndə... (film, 1979)


Tarix: 21.01.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 532 Bölmə: Bəstəkarlar Və Müğənnilər