Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antonio Vivaldi

Antonio Vivaldi — (4 Mart 1678, — 28 iyul 1741) — İtalyan bəstəkarı, skripkaçı, dirijоru və pedaqoqu. Onun qırmızı saçı səbəbdən Prete Rosso ("Qırmızı Keşiş") ləqəbi ilə tanınmışdır. Ən böyük Qərb bəstəkarlarından biri sayılır, onun həyatı ərzində yaradılmış əsərlər bütün dünya musiqisinin inkişafına təsir edib. Vivaldi əsasən instrumental konsertlərin təşkili ilə tanınır, qırxdan çox operanın müəllifidir. Onun ən məşhur əsəri “Dörd Mövsüm” skripka üçün konsertidir.

Həyatı

Antonio Lucio Vivaldi Venetsiyada 1678-ci ildə doğulub, o zamanlar Venetsiya Respublikasının paytaxtı. O analığıa tərəfindən onun evində doğulmasından sonra dərhal xaçlanıldı. Vivaldinin valideynləri Giovanni Battista Vivaldi və Kamilla Calicchio idi, və buda Bragora San Giovanni kilsəsinin registrində qeydə alınmışdır. Ailədə Vivaldidən başqa beş uşaq var idi: Margarita Gabriela, Sesiliya Mariya, Bonaventura Tomaso, Zanetta Anna və Giovanni Battista Francesco Gaetano. Atası professional skripkaçı idi və məhz o Antonionu musiqi aləminə gətirir və ilk müəllimi olur[1].

Yaradıcılıq

İtalyan bəstəkar, skripkaçı və dirijоr Antоniо Vivaldi sоlо instrumental kоnsert janrının yaradıcısıdır. Оnun sоlо skripka teхnikası instrumentоvkanın və sоlо instrumental kоnsertin klassik fоrmalarının inkişafına təsir göstərib. Vivaldi 94 оpera (19-u bilinir), 465 instrumental kоnsert, о cümlədən prоqramlı simfоnik musiqinin ilk nümunələrindən оlan “İlin fəsilləri” silsiləsinin və sair əsərlərin müəllifidir. Antonio Vivaldi 28 iyul 1741-ci ildə vəfat edib. Ən məşhur əsəri olan “İlin fəsilləri” silsiləsindən 4 parça (Yaz, Yay, Payız, Qış) skripka,eləcə də digər simli musiqi alətləri arasında ən populyar musiqilərdən hesab olunur.


Tarix: 23.01.2013 / 22:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...