beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quqarlar

Quqarlar — indiki Gürcüstanın Axalkalaki, Lori, Dmanisi, Ermənistanın Quqark rayonunun ərazilərində yaşayırdılar. Fransız tarixçisi Sen-Martinə görə buraya Quqark əyaləti ilə Ağstafaçayın yuxarı hövzəsi, Lori, Axuryan çayı sahilləri, Axalkalak, Tumanis, Göyəzən və b. mahallar daxil idi.

Erməni mənbələrində Qexarkunik kimi yazılan bu əyalət erməni tarixçilərinə görə, Ermənistanın indiki Kamo, Martuni, Basar keçər, Sevan və Razdan ərazisini əhatə edirdi. Bəzi tədqiqatçıların fikrincə Quqark Gürcüstanın indiki Borçalı və Axalsıx rayonlarının qədim adıdır . K. V. Trever Qoqarenanın Albaniya-İberiya sərhəddində yerləşdiyini yazır


Tarix: 17.01.2015 / 15:46 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎