beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Vəli xəlifə Şamlı

Həyatı
Mirzə Vəli xəlifə Şamlı elinin Bəydili oymağından çıxıb. Tanınmış Qızılbaş sərkərdəsi, Məşhədin hakimi olub. I Şah Təhmasibə və Şah Sultan Xudabəndəyə xidmət edib. I Şah Təhmasib Səfəvinin möhrdarı olmuşdu. Ovçu kimi də tanınırdı.

Tatarların Şirvan vilayətinə hücumu zamanı sərkərə idi.

Qızılbaş əmirləri şübhə edirdilər ki, tatarlar cənubdan gələcəyə təqdirdə, onlar bir neçə cəbhədə vuruşmaqla döyüşü uda biləcəklər. Aras xan Rumlunun faciəli taleyi də buna şəhadət verirdi. Buna görə də əmirlər yeganə düzgün qərar qəbul etdilər. Şamaxı yaxınlığında Vəli xəlifə Şamlının başçılığı altında 3 min nəfərlik dəstə qoyaraq Mirzə Salman qorçibaşı Qulu bəy Avşar, Şahrux xan möhrdar, Məhəmməd xan Türkman, Pirə Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, Müseyib xan Şərəfəddin oğlu Təkəli, İmamqulu xan Qacar, Əmir Həmzə xan və digər "adlı-sanlı" əmirlərlə cənuba, tatarlara qarşı yeridi.

Mirzə Vəli xəlifə Şamlı Xorasanda başlayan Qızılbaş əmirlərinin badına getdi. İğtişaşlarda öldürüldü. Sultan Hüseyn xan Şamlının qətlə yetirilməsini, öldürülmüş Vəli xəlifə Şamlının oğlu İsmayılqulu bəyə tapşırdılar. Ona Sultan Hüseyn xanın tutduğu Qəzvin hakimi vəzifəsi (xan və tavaçıbaşı fəxri adları ilə) vəd edidi.

Uzun illər Vəli xəlifə Şamlıya xidmət etmiş, əmir dərəcəsi almış və buna görə də mərhuma çox minnətdar olan Qorxmaz xan Şamlını da bu yolla ələ aldılar. Ona Hüseynqlu sultanın tutmuş olduğu eşikağasıbaşı vəzifəsini vəd etdilər və rəqibini aradan götürməyi tapşırdılar. İsmayılqulu xan qardaşlarının Mahmud xan Sufioğlu Ustaclının qardaşını öldürməsi ilə, keçmişdə həmişə müttəfiq olmuş şamlı və ustaclı tayfaları arasında "ədavət və nifaq" qapıları açıldı.

Əmir xan Türkman və onun güruhunun məkrli fitnələri nəticəsində Hüseynqulu sultan vəzir, Hüseyn bəy, habelə Hüseyn xan Şamlı (Əliqulu xanın atası və öldürülmüş Xanixan xanımın əri) öldürüldülər. Beləliklə, saraydakı şamlı əyanlarına divan tutuldu.

Ailəsi
Mirzə Vəli xəlifə Şamlının İsmayılqulu bəy, Şahverdi bəy adlı oğlanları vardı.


Tarix: 14.01.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎