beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdalı tayfasının güclənməsi

1716-cı ildə Məşhədə get-gedə güclənən abdali tayfası ilə mübarizə üçün yeni hakim gəldi Fətəli xan Türkmən. Qusuyyedə, Heratdan təxminən 80 km. qərbdə, onun çoxminlik ordusu abdali qoşunu ilə qarşılaşdı. Döyüş vaxtı Fəth Əli xan vəziyyəti öz xeyrinə dəyişə bildi və Əsədullanı qaçmağa məcbur etdi. Lakin təxminən min nəfərlə Əsədullanı qovmaqda olan Fəth Əli xan əsas qüvvələrdən aralandı və Əsədullanın geriyə çevirdiyi qoşunla üz-üzə qaldı və məğlub oldu. Fəth Əli xan həlak oldu. Təşviş içində atılan toplar və sursat abdaliyə qaldı. Öz uğurunu inkişaf etdirərək Əsədulla xan Məşhədə qədər gəldi, ama uğursuz mühasirədən sonra Herata qayıtdı.


Tarix: 21.01.2015 / 16:00 Müəllif: Feriska Baxılıb: 10 Bölmə: Azərbaycanlı sülalələr