beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmir Kazım mirzə Qovanlı-Qacar - Mükafatları

İyirmi beş il bu alayda qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları ilə təltif olunmuşdu.1877-78-ci illərdə olan Rus-Osmanlı müharibəsində onun dördüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılmışdi. 1895-ci ildə o, Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni ilə mükafatlandırılır. XIX yüzilin yetmişinci illərindən hərbi xidmətə sürətlə irəliləyən igid zabit Əmir Kazım mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qilincla birgə) , 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", altı il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir" 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid ordenləri ilə mükafatlandırılmışdır.Əmir Kazım mırzə iyirmi beş il orduda qüsursuz xidmət etdiyinə görə, üstündə tuncdan tökülmüş atlı fiquru olan stolüstü saatlamükafatlandırılıb. Saatın üstündə "Əmir Kazım mirzəyə əla xidmətinə görə" sözləri yazilib. 44-cü Nijeqorod alayinin marşını çalan saat indidə işləyir. Bu qiymətli hədiyyə general Əmir Kazım mirzəyə 1898-ci il, dekabrin 16-da verilmişdi.


Tarix: 19.01.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Azərbaycanlı sülalələr