Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soltan Əli Mirzə Qacar

Həyatı
Şahzadə Soltan Əli Mirzə Qacar 16 noyabr 1929-ci ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. Hazırda Parisdə yaşayır və "Qacar Şah Ailəsi"nın başçısıdır. Atası Şahzadə Məcid Mirzə Qacar, babası isə 1907-1909-cu illərdə Qacar Dövlətinin şahı olmuş Məhəmmədəli şah Qacardır. Qacar Dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın qardaşı oğludur.

Soltan Əli Mirzə Qacarın rəhbərliyi ilə 1999-cu ildə Prof. M.Tehranian (Havay Universiteti), Prof. M.M.İsgəndəri Qacar (Santa Barbara Şəhər Kolleci) və Barjesteh van Vaalvijk van Doorn tərəfindən Beynəlxalq Qacar Araşdırmalar Assosiasiyası (International Qajar Studies Association) yaradılmışdır. Soltan Əli Mirzə Qacar assosiasiyanın fəxri prezidentidir.


Tarix: 19.01.2015 / 15:03 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycanlı sülalələr
loading...