beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəki xanlığının pulu – Çuluq

İsmayıl xanın dövründə Şəki xanlığında pul islahatı keçirilmişdi. Lakin 1819-cu ilə aid sənəddən məlum olur ki dövriyyədə əsasən Məhəmmədhəsən xanın pulları işlənib (Şəki xanlığının ləğv edilməsindən xeyli sonra da Məhəmmədhəsən xanın pulları dövriyyədə qalıb!) 1819-cu ilə aid sənəddə göstərilir ki, 1 gümüş rus manatı "чулук" adlanan 13 köhnə, yaxud İsmayıl xanın 8 yeni Şəki abbasısına və 20 mis qəpiyə (8 manat 20 qəpik) barabər idi. Bazara uyğun olaraq məzənnə dəyişirdi, 1819-cu ildə 1 rus çervonuna 38 köhnə abbası verirdilər. Köhnə abbası, daha doğrusu çülük isə 20 qəpik mis pul qiymətində idi. İsmayıl xanın yeni abbasıları ilə isə 1 rus çervonuna 25 və 10 qəpik mis pul (25 manat 10 qəpik) verirlər. Yeni abbasılar 30 mis qəpiyə bərabərdir. Və Rusun 1 çervonu yerli mis pulla 7 manat 60 qəpikdir. Deməli,

Məhəmmədhəsən xanın 1 gümüş çuluğu (abbasısı) = 20 dənə mis qəpiyə;
İsmayıl xanın 1 gümüş çuluğu (abbasısı) = 30 dənə mis qəpiyə;
1 Rus çervonu = Məhəmmədhəsən xanın 38 gümüş çuluğuna (abbasısına), İsmayil xanın 25 gümüş çuluğuna (abbasısına) + mis 10 qəpiyə, yaxud mis 760 qəpiyə, yaxud 7 manat 60 qəpiyə;
1 Rus manatı = Məhəmmədhəsən xanın 13 gümüş çuluğuna (abbasısına), yaxud İsmayil xanın 8 gümüş çuluğuna (abbasısına)+ mis 20 qəpiyə, yaxud mis 260 qəpiyə, yaxud 2 manat 60 qəpiyə.
Lakin 1819-cu ilə aid sənəddən görünür ki Şəki xanlığında maliyyə hesabları gümüş çuluqla yox, mis qəpiklə və bu qəpiklərin 100 misli olan şərti manatla aparılırmış. Məsələn, 320 qəpiyi, 3 manat 20 qəpik kimi yazırdılar. Bundan başqa, xanlığın əhalisi həm də xanın xəzinəsinə çervonla töycü ödəyirdi


Tarix: 13.01.2015 / 13:57 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycan xanlıqları