Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəvan qalası Qaladaxili tikililər

Sərdar sarayı İrəvan qalasının şimal - qərbində - Zəngi çayının uşurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşmişdir. Saray Əmirgünə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdir.

Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, əfsanəvi fars qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797-1834), Abbas Mirzənin (1784-1833) Rüstəm və Söhrabın portretləri vardı.

Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalmış, dağıdılmış, portretlər isə çıxarılaraq Tiflisə aparılmışdır və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə isə ermənilər sarayı tamamilə məhv etmişlər.


Tarix: 13.01.2015 / 13:20 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycan xanlıqları
loading...