beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəridə Məmmədova (tarixçi)

Həyatı
Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997-1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.

Əsas elmi nailiyyətləri
İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I-VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, Ermənistan dövlətinin kiçik Asiyada mövcud olmasını sübut etmiş və Qarabağ tarixini yazmışdır.

Əsas elmi əsərlərin adları
Moisey Kalankatuyskinin "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi. Bakı: 1977, (rus dilində).
Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1986, ( rus dilində).
Azərbaycanın tarixi coğrafiyası. Bakı: 1987, (kollektiv monoqrafiya).
Qarabağ probleminin səbəb və nəticələrində əlaqə (alman və azərbaycan dillərində).
Le probleme de l'ethnos albano-caucasien, "L'antropoloqie sovietique". Paris: 1990,
Qafqaz Albaniyası və albanlar-Bakı:2003(rus dilində)
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 96, 5 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərinin sayı: 20
Təltif və mükafatları
Azərbaycan SSR Dövlət Mükafatı laureatı – 1990;
Azərbaycan SSR Əməkdar Elm Xadimi – 1991;
"Şöhrət" ordeni – 2004.


Tarix: 09.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Azərbaycan tarixçiləri