beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Həsənli - Yaradıcılığı

Tədqiqat sahəsi
Cəmil Həsənlinin "Ağ ləkələrin qara kölgəsi" adlı kitabı istər 1918-1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 1920-1930-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də Azərbaycan Respublikasının 1918-1920-ci illərdəki xarici siyasətinin araşdırılması ilə bağlı monoqrafiya bütövlüklə yeni açılmış arxiv sənədləri əsasında yazılmışdı. 1993-cü ildə nəşr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920" əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq professor C.Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci dünya müharibəsi və müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan "Soyuq müharibə"nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C.Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə "21 Azər" hərəkatını "Soyuq müharibə" fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C.Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-ın Harvard Universitetində ingiliscə və Moskvada rusca nəşr olundu. C.Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlamışdır. Professor Həsənlinin dərc olunan "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)" adlı kitabı daha bir həqiqəti ortaya qoydu ki, Sovet cəmiyyətinin bir görünən, bir də görünməyən tarixi var idi.

Məqalələri
Bu iri həcmli monoqrafiyalardan əlavə C.Həsənli 100-dən artıq emi əqalənin müəllifidir. Bu məqalələr Azərbaycan, rus, ingilis, türk, alman, italyan, polyak, fars, yapon, koreya dillərində nəşr olunub. Onun 2009-cu ildə Berlində nəşr olunmuş “Qara dəniz boğazları üzərində Stalinin nəzarət cəhdləri”, həmin il Romada italyan dilində nəçr olunmuş “Soyuq müharibənin Türkiyə böhranı”, 2011-ci ildə Vyanada alman dilində nəşr olunmuş “Sovet İttifaqının Yaxın Şərqdə neft uğrunda mübarizəsi” kimi məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. C. Həsənlinin araşdırmalarının əsas hədəflərindən biri XIX –XX əsrlərdə Qarabağda cərəyan edən hadisələrdir. Bu mövzuda professor Həsənlinin yazdığı məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc edilmişdir. Bu araşdırmalarda XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı fəth etməsindən 1923-cü ildə Dağlıq Qarabağda muxtar vilayətin yaradılmasına qədər hadisələrin maraqlı mənzərəsi yaradılmışdı.

Kitabları
C.Həsənli Azərbaycan, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə və İranda nəşr olunmuş 27 monoqrafiyanın müəllifidir. Onun hələ 1991-ci ildə nəşr olunmuş “Ağ ləkələrin qara kölgəsi” adlı kitabı istər 1918-1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 20-30-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də 1993-cü ildə nəşr olunmuş “Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920” əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq prof. C.Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci Dünya Müharibəsi və Müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan “Soyuq müharibə”nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C.Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə “21 Azər” hərəkatını “Soyuq müharibə” fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C.Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-ın Harvard universitetinin soyuq müharibə seriyasında ingiliscə (At the Dawn of the Cold War: The Soviet-American Crisis overIranian Azerbaijan, 1941-1946. Rowmanand Littlefield Publishers, INC. Lanham -Boulder- New York-Toronto-Oxford, 2006) və Moskvada rus dilində, Tehranda fars dilində nəşr olundu. C.Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlamışdır. SSRİ-nin Türkiyəyə ərazi və boğazlara nəzarət etmək tələbləri ilə Krım və Ahiska türklərinin sürgün edilməsi, 1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistandan departasiya edilməsini eyni müstəvidə təqdim etməsi, fikirlərini nadir sənədlərlə əsaslandırılması tarixşünaslığımızda yeni istiqamət sayıla bilər. Bu əsər 2005-ci ildə Bakıda çapdan çıxdıqdan sonra 2008-ci ildə Moskvada, 2011-ci ildə Ankarada, 2011-ci ildə isə “Stalin və soyuq müharibənin Türkiyə böhranı, 1945-1953” (Stalin and Turkish Crisis of the Cold War, 1945-1953. Lexington Books, Lanham, Boulder, New York, Toronto, Plymouth, UK, 2011-2013) adı ilə Harvard soyuq müharibə seriyasından ABŞ, Kanada və Böyük Britaniyada nəşr edilmişdir. Mövzuya olan böyük marağı nəzərə alaraq 2013-cü ildə “Lexington Book” nəşriyyatı bu kitabı yenidən nəşr etmişdir. Qərb ölkələrinin çox nüfuzlu jurnallarında bu kitablar haqqında rəylər dərc olunmuşdur. Professor Həsənlinin 2008-ci ildə böyük marağa səbəb olmuş “Azərbaycanda milli məsələ: siyasi hakimiyyət və ziyalılar, 1954-1959” adlı monoqrafiyası nəşr edildi. Bir il sonra bu əsər rus dilində Moskvada, 2012-ci ildə isə Təbrizdə fars dilində nəşr edildi. 2009-cu ildən başlayaraq professor Həsənli üç cildlik “Azərbaycan Respublikasının diplomatiya tarixi” kitabı üzərində işə başlamışdır. Bu kitabın 1918-1920-ci illəri əhatə edən birinci cildi, 1920-1939-cu illəri əhatə edən ikinci cildi həm Azərbaycan, həm də rus dillərində Bakıda və Moskvada artıq nəşr edilmişdir. Onun Azərbaycan tarixi ilə bağlı araşdırmaları xarici nəşriyyatların diqqətini cəlb etmiş, ABŞ-ın Nyu Yorkda yerləşən böyük “Şarp” nəşriyyatı professor Həsənlinin “Foreign Policy of the Republic of Azerbaijan, 1918-1920. The Difficult Road to Western Integration. M. E. Sharpe, Armonk, New York, 2013” kitabını oxuculara təqdim etdi. Bu il professor Həsənlinin “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov“ kitabı çapdan çıxıb və bu kitab oxucuların böyük marağına səbəb olub. Dünya tarix elminin nailiyyəti kimi qiymətləndirilən bu əsərlər artıq ABŞ, Rusiya və Türkiyənin bir sıra nüfuzlu universitetlərində tədris proqramlarına daxil edilmişdir.

Siyahı
Mənbə

Ağ ləkələrin qara kölgəsi: 1920-1930-cu illərdə Azərbaycanda Sovet totalitarizmi. Bakı, 1991.
Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920. Bakı, 1993
Azərbaycan tarixi (həmmüəllif). Bakı, 1995
Azərbaycan Respublikası: Türkiyə yardımından Rusiya işğalına qədər: 1918-1920. Ankara, 1998. (türk.)
Güney Azərbaycan: Tehran, Bakı, Moskva arasında (1939-1945) oxu. Bakı, 1998.
Tarix: Keçmişdən gələcəyə. Bakı, 1998.
Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan 1945-1946. Bakı, 1999.
Güney Azərbaycan: Sovet, Amerikan və İngiltərə qarşıdurması. 1941-1946. Bakı, 2001.
Cənubi Azərbaycan: Soyuq müharibənin başlanması. Bakı, 2003. (rus.)
SSRİ-Turkiyə: Soyuq müharibənin sınaq meydanı oxu. Bakı: "Adiloğlu", 2005.
Soyuq müharibənin ilk konfrontasiyası: İran Azərbaycanı. İstanbul, 2005. (türk.)
At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941-1946. Rowman and Littlefield Publishers, INC. Lanham-Boulder-New York-Toronto-Oxford, 2006. (ing.)
SSRİ-İran: Azərbaycan böhranı və Soyuq müharibənin başlanması. Moskva, 2006. (rus.)
SSRİ-Turkiyə: Neytrallıqdan Soyuq müharibəyə qədər Moskva, 2008. (rus.)
İran Azərbaycanını: Soyuq müharibənin başlanğıcında. Tehran, 2008. (fars.)
Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959. Bakı, 2008.
Хрущевская "оттепель" и национальный вопрос в Азербайджане (1954-1959). Москва, 2009. (rus.)
Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-1920). Bakı, 2009.
Внешняя политика Азербайджанской Демократической Республики (1918 - 1920). Москва, 2010. (rus.)
Stalin and the Turkish Crisis of the Cold War, 1945-1953. Lexington Books, Lanham • Boulder • New York • Toronto • Plymouth, UK, 2011. (First paperback edition 2013) (ing.)
Русская революция и Азербайджан. Трудный путь к независимости, 1917-1920. Москва, 2011. (rus.)
Azərbaycan Xalq Cümhuriyyətnin Xarici Siyasəti (1918-1920). Tehran, 2011. (fars.)
Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959. Təbriz, 2011. (fars.)
Tarafsızlıktan soğuk savaşa: Türk-Sovet ilişkileri (1939-1953). Ankara, 2011. (türk.)
Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939). Bakı, 2012.
Внешняя политика Азербайджана в годы Советской власти. 1920-1939. Москва, 2013. (rus.)
Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Bakı, 2013.
Али Мардан-бек Топчибашев: жизнь за идею. Москва, 2014. (rus.)
Foreign Policy of the Republic of Azerbaijan, 1918-1920. The Difficult Road to Western Integration. M.E.Sharpe, Armonk, New York, 2014. (ing.)
Khrushchev's Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959, The Harvard Cold War Studies Book Series, 2014 (ing.)


Tarix: 09.02.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Azərbaycan tarixçiləri