beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazaka Azərgüşnasp məbədi

Azərgüşnasp məbədi Atropatenanın Qazaka şəhərində yerləşməklə zərdüştiliyin əsas məbədlərindən biri olmuşdur. Uzun müddət öz əhəmiyyətini saxlayan məbəd, Bizans imperatoru İraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir.

X əsrin səyyahı Məsər ibn Möhləhilə görə: "Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzində gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir". Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgahın odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.

İran tarixçisi İ.Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: "Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxte Cəmşiddə (Persepalis) olan dövlət arxivində saxlanılırdı".


Tarix: 08.01.2015 / 16:43 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycan paytaxtları