beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı teleqülləsi

Bakıda yerləşən, 310 metr hündürlüyə sahib Azərbaycan Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə nazirliyinin sifarişi ilə inşa edilmişdir. Layihəsi SSRİ Rabitə Nazirliyinin Layihə İnstitutuna məxsus olan teleqüllənin tikinti işləri 1979-cu ildə başlamışdır. Layihəyə əsasən, 1985-ci ildə teleqüllənin tikintisi başa çatmalı idi, lakin müəyyən səbəblərə görə, kompleksdəki inşaat işləri dayandırılmışdı. Sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, 1993-cü ildə inşaat işləri yenidən başlamış və 1996-cı ildə onun iştirakı ilə komleksin rəsmi açılış mərasimi keçirilmişdir.


Tarix: 08.01.2015 / 15:05 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Azərbaycan paytaxtları