beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elnur Cəfərov

Həyatı
Elnur Cəfərov 1978-ci ildə doğulub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılıb.

2014-cü il yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqeləri atəşə tutublar.

Kapitan Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən 2014-cü il yanvarın 23-də şəhid olub.

2014-cü il yanvarın 23-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Elnur Cəfərovun cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasına aparılıb. Mərhumun nəşi Naxçıvan hava limanında izdihamla qarşılanıb. Elnur Cəfərovun nəşi Naxçıvanda dövlət səviyyəsində qarşılanıb. Onu doğulduğu kənddə deyil, Şərur rayonunun mərkəzində olan Şəhidlər Xiyabanında dəfn ediblər.

Mükafatları
Elnur Cəfərov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib


Tarix: 27.01.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanın müharibələri‎