beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərəm Mirzəyev

Həyatı
Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi.

Döyüşlərdə iştirakı
Vətən torpağının xilas olması Kərəm Mirzəyevin hələlik yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. "Laləzar" əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur. 1992-ci il aprel ayında keçirilən bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi faşistlərin başçısı Karen döyüş meydanında gəbərdi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər. 1992-ci il oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.

Ailəsi
Yenicə ailə qurmuşdu, bir oğlu vardı.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırıldı.

Xanlıq kənd orta məktəbi onun adını daşıyır, bu məktəb hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərir.


Tarix: 26.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Azərbaycanın müharibələri‎