beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aqil Quliyev (milli qəhrəman)

Həyatı
Quliyev Aqil Sahib oğlu 1963-cü il sentyabr ayının 19-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulmuşdur.

1980-ci ildə məktəbi bitirmiş və Neft Akademiyasına daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis edildikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1985-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdur.

1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır.

Döyüşlərdə iştirakı
Sonra Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Onun kiçik qardaşı Nəsimi də Vətənin müdafiəsinə qalxmış, erməni işğalçılarına qarşı döyüşmüşdür. Nəsimi kəşfiyyat taboruna başçılıq etmişdir.

Aqil Quliyev ilk hərbi əməliyyatını Xocalıda həyata keçirmişdir. 1992-ci il fevral ayının 18-də ermənilər Rusiyaya məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb atəşə tutduğu vaxt Aqilin komandirlik etdiyi rota onlara qarşı rəşadətlə vuruşmuş, onlarla qulduru məhv edə bilmişdilər. Amma cəsur komandir burada hər iki ayağından yaralanmışdır.

25 fevral 1992-ci ildə döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən xain düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur.

Ailəsi
Ailəli idi, bir qız övladı var.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidenti vəzifəsini icra edənin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Bakının Bayıl qəsəbəsindəki küçələrdən birinə onun adı verilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.


Tarix: 26.01.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanın müharibələri‎