beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadir Əliyev (milli qəhrəman)

Həyatı
Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir.


Tarix: 23.01.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Azərbaycanın müharibələri‎