beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Habil Qurbanov - Elmi fəaliyyəti

Habil Qurbanov 1988-ci ildə Moskvada SSRİ DİN-nin Akademiyasının dissertantı kimi, "Cinayət hüququ" sahəsində dissertasiya işini müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib, RF-nın hüquq elmləri doktoru diplomunu almışdır. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona hüquq elmləri doktoru, 2010-cu ildə isə professor elmi adı diplomlarını vermişdir.

Alim 110 elmi məqalənin, 6 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifidir. Onun "Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin nəzəri əsasları" monoqrafiyası 1997-ci ildə Moskvada çap edilmişdir. O, hüquq elmləri doktoru, professor A.V.Naumovun "Cinayət hüququ" dərsliyini Azərbaycan dilinə çevirmiş və redaktoru olmuşdur.

Uzun illər hüquq elmləri üzrə Müdafiə Şuralarının üzvü və Birdəfəlik hüquq elmləri doktorluğu üzrə Dissertasiya Surasının sədri olmuşdur.Uzun illər Azərbaycan Rеspublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. Hazırda Dissertasiya Şurasının üzvüdür. Onun elmi rəhbərliyi ilə 1 nəfər hüquq üzrə elmlər doktoru, 8 nəfər hüquq üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. Hazırda 5 nəfər doktorant və dissertantın elmi rəhbəridir.

Avropa Humanitar Elmlər Aklademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademikidir.[3] Beynəlxalq Narkotizmlə Mübarizə Cəmiyyətinin üzvüdür.

H.Qurbanov respublikada yeni qanunlarının yaradılmasında yaxından iştirak etmiş, Azərbaycanda ilk dəfə olaraq 1996-cı ildə yeni Cinayət Məcəlləsinin (ümumi hissə) layihəsini hazırlamış və onu ictimaiyyətin müzakirəsinə vermişdir. Habil Qurbanov 2010-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun "Dövlət və Hüquq Nəzəriyyəsi, mülki Hüquq və mülki proses" şöbəsinin müdiri vəzifəsində çalışır.

H.e.d., prof. H.S.Qurbanov AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Elmi əsərlər" beynəlxalq elmi-nəzəri, DİN Polis Akademiyasının elmi-nəzəri, "Qanun" elmi-hüquq jurnallarının, həmçinin Rusiya Federasiyasının Ədliyyə Naziyliyi nəzdindəki Hüquqi İnformasiyalar Elmi Mərkəzinin «Правовая информатика», Moskva şəhərinin "ЮНИТИ-ДАНА" nəşriyyatının "Государственная служба и кадры", "Закон и право", "Образование. Наука. Научные кадры" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.


Tarix: 23.01.2015 / 17:13 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri‎