beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asif Məmmədov (kimyaçı) - Elmi fəaliyyəti

Asif Məmmədov 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifidir. Apardığı elmi tədqiqat işləri Rusiya,Çexoslovakiya, Avstriya, Almaniya, Fransa, İngiltərə, Yaponiya və ABŞ-da çap edilmişdir. [5]

Əldə etdiyi elmi nəticələr 1973-cü ildən termodinamikaya dair Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən Çexoslovakiya (1983), İtaliya (1991), ABŞ (1993, 1995), Yaponiya və Fransada keçirilən konfransların proqramlarına salınmış və nəşr edilmişdir (1995-2000).

Asif Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti qeyri-üzvi birləşmələrin və ərintilərin fiziki kimyəvi xassələri, termodinamiki funksiyaların proqnozu və korrekt hesablama məsələlərini əhatə edir. O, bir sıra praktiki əhəmiyyətli iki və çoxkomponentli yarımkeçirici və metal sistemlərin hal diaqramları və termodinamiki funksiyalarını təyin edib, yeni korrekt hesablama üsulları hazırlamışdır. Onun təklif etdiyi termodinamiki funksiyaların approksimasiya üsulu sorğu kitabına daxildir.

Asif Məmmədov 1981-1994 illərdə Bakı Dövlət Universitetində Fiziki kimya ixtisas fənnindən mühazirə oxumuşdur. O, 1997-ci ildən TQDK Tələbə Qəbulu Dövlət Komissiyasının eksperti, 1997-2004 illərdə Soros Fondunun (Amerika Açıq Cəmiyyət İnstitutu) ekspert şuralarının üzvü olmuşdur.


Tarix: 23.01.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanın müharibələri‎