beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asif Məmmədov (kimyaçı)

Həyatı
Asif Nəsib oğlu Məmmədov 2 may 1947-ci ildə Ağdamda anadan olmuşdur. O, 1965-ci ildə Ağdam 5 saylı orta məktəbini qızıl medalla bitirdikdən sonra, 1965-1970 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. Asif Məmmədov universiteti fərqlənmə diplomu ilə qurtarmış, həmin təhsil ocağının «Fiziki kimya» kafedrasının qiyabi aspiranturasında oxumuşdur.[1]

O, Bakıda "Yn-Bi-Sb, Tl-Bi-Sb və Tl-Rb-As ərintilərinin termodinamiki tədqiqi" mövzusunda namizədlik (1974), Tbilisidə "İki-dörd komponentli qeyri-molekulyar birləşməli sistemlərdə faza tarazlığı və termodinamiki funksiyaların hesablanması və approksimasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1990). [2]

Asif Məmmədov Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda, Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, böyük elmi işçi (1971-81), Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük elmi işçi (1981-86), bölmə müdiri (1986-1992), laboratoriya müdiri işləmişdir. Hazırda o, AMEA Kimya Problemləri İnstitutunun baş elmi işçisidir.[3]

Asif Məmmədova anadan olmasının 60 illiyi münasibətilə Fəxri Fərman verilmişdir.


Tarix: 23.01.2015 / 15:38 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycanın müharibələri‎