beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Məmmədov (aktyor)

Aktyor.

Həyatı

Vüqar Mehdi oğlu Məmmədov 28 aprel 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Görkəmli rejissor, aktyor Mehdi Məmmədovun oğludur.

2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu fakültəsini bitirmişdir. 2005-ci ildən Akademik Milli Dram Teatrında rejissor assistenti vəzifəsində işləyir.

İ.Əfəndiyevin "Dəlilər və ağıllılar" və A.Şaiqin "Eloğlu", B.Vahabzadənin "İkinci səs", Henrik İbsenin "Oyuncaq ev" tamaşalarının rejissor assistentidir.

Filmoqrafiya
Elite:Zamanla irəli (film, 2007)


Tarix: 05.02.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Aktyorlar