Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanQabaxlı

Tarixi[redaktə]
Toponim türk Qabaq tayfasının adına, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "qabaq tayfasına mənsub yer, kənd" mənasını bildirir. F.Kırzıoğlu göstərir ki, yayı hazırki Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri qabaq adlanırdı. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kənddə 1988-ci ilədək azərbaycanlılar yaşamış, azərbaycanlı əhalinin deportasiyasından sonra bura Qarabağdan köçmüş ermənilər yeləşdirilmişdir. 1990-cı illərdə kəndin adı Qoğtanik olaraq dəyişdirilmişdir. Hazırda Qoğtanik kəndi keçmiş Keşişkənd və Soylan rayonlarının ərazisi hesabına təşkil edilmiş Vayoc dzor mərzində (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayoc dzori marz) mövcud olan 44 cəmiyyətdən biri olan Qoğtanik kənd cəmiyyətini (erm.: e.ə. Գողթանիկ գյուղական համայնքի, l.ə. Qoğtanik qyuğakan hamaynki) təşkil edir.

Coğrafiyası[redaktə]
Kəndin Ardı »

Qərbi AzərbaycanKnyaz Çobanoğlu

Hüseynov Knyaz Çoban oğlu — Azərbaycanlı şair, “Qızıl qələm” mükafatı, “Xalqın nüfuzlu ziyaslısı” fəxri diplomu ilə təltif edilib.

Həyatı[redaktə]
1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub.

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir.

1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. “Vardenis” rayon və “Sovet Ermənistanı” respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. “Vardenis” rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Ardı »

Qərbi AzərbaycanAlqayıt

Həyatı[redaktə]
Xəlilov Alqayıt Bayram oğlu 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır.

Alqayıt orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun "Tarix-filologiya" fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun "Dil və ədəbiyyat" şöbəsini bitirmişdir.

1967-ci ildən 1972-ci ilə qədər doğma Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir.

1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir.

1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979 -cu ildən Göygöl rayonunda məskunlaşmış,Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının Ardı »

Qərbi AzərbaycanAşıq Məhəmməd Rzayev

Həyatı[redaktə]
Aşıq Məhəmməd Əhməd oğlu Rzayev 1884-cü ildə Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində doğulmuşdur.

1920-1928-ci illərdə Qazax rayonunun Çaylı kəndində yaşamışdır. 1928-ci ildən ömrünün axırına qədər Tovuz rayonunda yaşamışdır.

Aşıq Məhəmməd Rzayev 1903-cü ildən 1910-cu ilə kimi aşıqlığı qardaşı aşıq Əsəddən öyrənib. Misilsiz havaşünas kimi tanınıb.

O, qoşma, gəraylı, təcnis, müxəmməs və digər şeir janrlarında yazıb-yaradıb. Aşıq Məhəmməd bir çox aşıqların kamil sənətkar kimi yetişməsində əlindən gələni əsirgəməyib.

1968-ci ildə vəfat edib.

Aşıq Əsədin qardaşıdır. Ardı »

Qərbi AzərbaycanGüllübulaq

Tarixi[redaktə]
Güllübulaq kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir.

Güllübulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir.

Toponim «güllü, çiçəkli» mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib «güllü, çiçəkli bulaq yanında olan kənd» anlamını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur.

Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Ardı »

Qərbi AzərbaycanŞirazlı

Tarixi[redaktə]
Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Kənddə 1873 - cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904 - cü ildə 229 nəfər, 1914 - cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-157). 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada Ardı »

Qərbi AzərbaycanArdanış - Tanınmış şəxsiyyətləri

Hacı Axund (Rəhim)-1860-1870 Iranda ali dini təhsil almış din xadimi, Uluxanlı məktəbində ilahiyyət müəllimi olmuşdur.
Axund Ələşrəf Haci Axund Rəhim oğlu-ali dini təhsilli din xadimi, Ardanış kənd ibtidai məktəbinin ilk direktoru
Verdiyev Xaliq Tanrıverdi oğlu - Ardanış yeddillik məktəbinin ilk direktoru, Çəmbərək rayon məhkəməsinin ilk sədri və yeganə azərbaycanlı sədri.
Bayramov Məhəmməd Həsən oğlu - Çəmbərək rayonunun ilk prokuroru
Hacıyev Əli Zeynalabdin oğlu-Azərbaycanın bir neçə rayonlarında uzun illər prokuror işləmişdir.
Abbasəli Kərəm oğlu Həsənov- diplomat, Azərbaycan Respublikasının Tacikistanda Fövqəladə və səlahiyyətli səfiri
Əli Hüseynov - Millət vəkili, Milli Məclisdə Dövlət quruculuğu və Hüquq siyasəti Komitəsinin sədri.
Həsən Zal oğlu Həsənov — əməkdar jurnalist, "Xalq Qəzeti"nin baş redaktoru.
Bayram Kərəm Ardı »

Qərbi AzərbaycanCəbrayıl Vəliyev

Tərcümeyi-halı[redaktə]
Cəbrayıl Xəlil oğlu Vəliyev 1975-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Gölkənd kəndində doğulub. Orta məktəbi Abşeron rayonu Ceyranbatan qəsəbəsində medalla başa vurubdur.

Ali Təhsil: 1998 ildə Türkiyə, Marmara Universiteti İqtisadi və İdari Bilimlər Fakülteti İdarəetmə ixtisası bakalavr məzunu, 2001-ci ildə Türkiyə, Yıldız Texnik Universiteti Sosial Bilimlər İnstitutu İdarəetmə (MBA) magistratura məzunu, 2008-ci ildə Türkiyə, İstanbul Universiteti Sosial Bilimlər İnstitutu İqtisadiyyat üzrə fəlsəfə doktoru ünvanını qazanıb.

İş yeri: Hazırda Qafqaz Universitetində Marketinq müəllimi və Embawood şirkətində Strateji İdarəetmə Qrupunun rəhbəri vəzifəsində işləyir. Üzvlüklər: - 1.American Marketing Association (AMA) -2.World Future Society

İş təcrübəsi[redaktə]
Satış və Marketinq sahəsində 15 ildən çox iş təcrübəsinə malikdir. İş fəaliyyətinə Türkiyədə Ardı »